Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yanğınsöndürənlər poliuretanı tez alışan material hesab etmirlər?

 

Facebook-da 16 mərtəbəli binada baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğına səbəb olan poliuretanın kimyəvi xassələrinə dair maraqlı sənəd dərc olunub.

Belə ki, sosial şəbəkədəki anonim istifadəçi üzlüyün keyfiyyəti ilə bağlı Zədabi küçəsinin sakininin sualına FHN Yanğından Mühafizə Xidmətinin cavabını dərc edib.

Polkovnik Elzar Qədimovun cavabında deyilir ki, Global  Stane firmasının istehsal etdiyi həmin material 2012-ci il noyabrın 8-də  Yanğından Mühafizə Xidmətinin laboratoriyasında ekspertizadan keçirilib.  "Nəticələrə görə, kaparol boyası ilə örtülən poliuretan üzlük tez alışan  materail deyil”, - cavabda deyilir.

Mahiyyətcə, bu o deməkdir ki, Yanğından Mühafizə Xidməti bu cür üzlüyü təhlükəli hesab etmir.

Bu sənədin doğru olub-olmadığını öyrənmək üçün Turan FHN-ə müraciət edib. Lakin nazirliyin mətbuat xidmətindən hər hansı cavab almaq mümkün olmayıb.

.

contact.az

.

Maybe you are interested in:

Yanan platformada olan itkin düşmüş 30 neftcinin axtarışları davam edir

E.Behbudov MTN ətrafındakı hadisələrlə bağlı mətbuat konfransı keçirib

Aslan Ismayılov: “Polimer-sterol tərkibli material öz-özünə alışa bilir”

Dövlət strukturları poliuretandan üzlük kimi istifadəyə icazə verib

"Moskva" univermağı niyə yandı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz