Aslan Ismayılov: “Polimer-sterol tərkibli material öz-özünə alışa bilir”
Viza Hüquq Firmasının təsisçisi Aslan İsmayılov "Amerikanın səsi”nə müsahibəsində yanğın baş verən bina, plastik üzlüklərin kimyəvi tərkibi, insan orqanizmi üçün ziyanı, hüquqi məsuliyyət daşıyanlardan danışıb.
Sual: Siz Xətai rayonunda yaşayış binasında yanğın baş verən zaman aprelin 14-də binaların plastik üzlüklərinin təhlükəliliyi ilə bağlı hökumətə müraciət etmisiniz. Cavabları nə olub?
Cavab: Heç bir cavab almamışam. O müraciətim aprelin 10-da Xətai rayonunda Məhəmməd Hadi küçəsində baş verimiş yanğınla bağlı idi. Bir müddət gözlədim ki, o yanğınlıa bağlı hüquq- mühafizə orqanları bir münasibət bildirəcəklər. Amma çox təəssüf edirəm ki, 200 manat rüşvət alan müəllimlə, 10 min mənimsəmə edən iş icraçısı ilə bağlı Baş Prokurorluq həmişə bəyanat yayır. Bu hadisəyə münasibət bildirmədi. Mən tikinti mütəxəssisi olmasam da 4 gün ərzində araşdırma apardım. Həmin o materialın tərkibi necədir, hansı tələblərə cavab verirməlidir və dəhşətli faktlar əldə etdim. Gah penoplast, gah penopolistrol, gah penopolitelen adlanan bu material polisterol tərkiblidir. Polisterol isə termodinamik cəhətdən möhkəm olmayan materialdır və daimi stirol-monomel buxarlandırır. Stirol-monomel isə insan həyatı üçün çox təhlükəlidir. Yəni, o, birbaşa həmin binada yaşayanlar hər gün xərçəngi əmələr gətirən və inkişaf etdirən şüaları bədənlərinə alırlar. Bununla bağlı mən yazı yazdım, bütün cəhətlərini göstərdim. Amma çox təəssüf ki, heç bir cavab olmadı. Məni dəhşətə gətirən odur ki, istənilən tikinti materialı bir neçə tələbə cavab verməlidir. Bunun fiziki, bioloji, mexaniki, yanğın tələbləri var. Ən vacibi isə ekoloji tələbləridir. Həmin o material bu tələblərin heç birinə cavab vermir. Bunu insan həyatı üçün təhlükəli olması hamıya bəllidir. Hələ 2001-ci ildə dünya bununla bağlı qərara qəbul edib. Mən həmin yazını aprelin 14-də Facebook səhifəmdə yerləşdirəndə Rusiyada tanınmış akademik-kimyaçının çıxıçını da yerləşdirmişdim.
Sual: Ölkədə belə plastik materialla üzlənmiş yüzlərlə bina var. Belə təhlükəli üzlüklərə görə hökumətin hansı strukturları hüquqi məsuliyyət daşıyır?
Cavab: Hələ 2006-cı ildə Azərbaycan prezidentinin fərmanı ilə Bakı Şəhərsalma və Arxitektura Komitəsi yaradılıb. Komitə yaranandan 2-3 ay sonra 12 nəfərlik şurası yaradıldı. Bu komitə və şuranın vəzifəsi Bakı şəhərində binaların yerləşdirilməsi, onların təmiri, gələcəkdə tikintisi, insanların asudə vaxtını təmin etmək. Binalar bütün bu tələblərə cavab verməlidir. Yəni, bu üst qurumda olanlardır. İstənilən binada hər hansı tikinti, ya yenidənqurma işləri aparılarsa hökmən bu barədə layihə-smeta sənədləri lazımdır. Layihə-smeta sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunur. Sonra Fövqəladəı Hallar Nazirliyinin bir neçə strukturu, tikintidə təhlükəsizlik, yanğından təhlükəsizlik, icra hakimiyyətinin nəzdində bir neçə şöbələr var. Bunlar hamısı ona cavabdehdir. Bu gün Bakı İcra Hakimiyyətinin başçısı və başqa icra hakimləri deyir ki, bizim ona aidiyyatım yoxdur. Bu necə ola bilər. Ola bilsin onlar səlahiyyətlətini yerinə yetirmir, cinayət məsuliyyəti daşısın. Bunu bütün insanlar bilir. Hesab edirəm ki, buna görə birinci məsuliyyət baş prokurorun üzərindədir. Ona görə ki, mən sıradan bir vəkil kimi ona qarşıdakı təhlükələr barədə yazmışdım. Həmin təhlükələr barədə qeyd etmişdim ki, bu dəfə bəxtimiz gətirdi insan tələfatı olmadı. Mən milyonları qoyuram qırağa, gələcəkdə tələfat olacaqdı. Həmin binaların üzlənməsi payız-qış aylarında oldu. Polimer-sterol tərkibli materiala kənar müdaxiləyə ehtiyac yoxdur. O özü isti hava şəraitində öz-özünə alışa bilir. Apreldə dərc etdiyim yazımda yazmışdım ki, havalar qızanda Bakı alova bürünəcək. Bunun qarşısını almaq lazımdır, özü də təcili. Buna fikri vermədilər. Bütün hüquq- mühafizə orqanları bunu bilirdi. Sadəcə, bu işə cavabdeh olan şəxslərin hamısı bu və ya digər formada bu işdən yararlanıb. Ya rüşvət formasında, ya kiminsə dostu-tanışı orada işləyir, ya zavod kiminsə qohumuna məxsusdur. Yaxud kimlərinsə orada şərikliyi var. Belə olımasa açıq-aşkar insanların həyatı üçün təhlükə olan bir materialın istehsalına, yayılmasına, tikintidə istifadəsinə heç kim göz yummazdı. Bir nəfər, mənim öz doğma əmim oğlu İlqar İsmayılov milli qəhrəmandır. Onun anası iki metr uzunu, bir metr enində balkonunu təmir etmək istəyirdi. Bütün rayon - icra başçısının müavini, baş memar, - hamısı oraya tökülüşmüşdü. Hamı bilir ki, şəhərdə bir daşı daş üstünə qoymaq mümkün deyil. Necə, bu gün bütün icra başçılarının hamısı yaxasını kənara çəkir ki, bizlik deyil. Bunlarlıqdır və hamısı məsuliyyət daşımalıdır.
Sual: Hazırda binaların üzlüklərinin sökülməsi üçün göstəriş verilib. Sökülmə və yenidən qurulma xərcləri yenə də dövlət büdcəsindənmi ödənməlidir?
Cavab: Bu barədə dünən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov bəyan etdi, bir daha bizləri ələ saldı ki, narahat olmayın hamını yaxşı binalarda, yaxşı mənzillərdə yerləşdirəcəyik. Bunun üçün dövlətin kifayət qədər vəsaiti var. Sanki bu vəsait kiminsə şəxsi malıdır. Bunun hamısı sizin və mənim hesabıma olacaq. İndi Bakıda təxmini hesablamalara görə, minə yaxın belə bina var. Hər binanı bir milyondan götürsək milyarda yaxın pul xərclənib. Yəni yeyilib. Bu materalların dəyəri cüzidir, amma onları hansı qiymətlə büdcəyə oturdublar? Milyonların pulunu oğurlayıblar və oğurlamaqda da davam edəcəklər. Bir dəfə oğurlayıb tikdilər, bir dəfə oğurlayıb sökəcəklər, yenə bizdən oğurlanan pullarla insanları yerləşdirəcəklər. Hələ insanlara minnət də qoyacaqlar.
.
Maybe you are interested in:
Rəsul Cəfərov nikbinliyini itirmir - həbsxanadan baxış