Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rəsul Cəfərov nikbinliyini itirmir - həbsxanadan baxış

 

Bu gün hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən 8 ay keçir.

"Demokratiya Naminə İncəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar - vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürülüb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və cinayət işini sifarişli sayır.

Amnesty İnternational R.Cəfərovu ”vicdan məhbusu” elan edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində R. Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Aprelin 9-da məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlayacaq. İndiyədək zərərçəkən kimi tanınmışlar və şahidlər məhkəmədə R.Cəfərovun əleyhinə ifadə verməyiblər.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan R. Cəfərov vəkili vasitəsi ilə şifahi şəkildə "Amerikanın səsi”nin suallarını cavablandırıb. 

Sual: İlk öncə özünüzü necə hiss edirsiniz? Həbs həyatı sağlamlığınıza hansı təsirləri göstərib?

Cavab: Ozumu normal hiss edirəm, saxlanma səraiti və mənə munasibətdən narazılığım yoxdur. Saxlandığım kamera nümunəvi kameralardan biridir, nə dustaqlarla, nə də muəssisə rəhbərliyi və əməkdaşları ilə heç bir problemim yoxdur.

Sual: Məhkəmənin gedişi sizi qane edir? Ədalətli məhkəmə istintaqına ümid edirsiniz?

Cavab: Məhkəmənin gedişi ilə bağlı ümumilikdə ciddi narazılığım yoxdur. Hesab edirəm ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətimiz təmin edilə bilərdi. Bununla belə yekun hökmu gozləyirik, ədalətli qərara umid edirik, baxmayaraq siyasi işlərdə əvvəlki təcrubələr heç də urəkacan olmayib. Yəni, hazırki məqamda mən tərəfsiz və müstəqil hüquq müdafiəçisi olaraq məhkəmə hökmünü indidən şübhə altına ala bilmərəm.

Sual: Həbs həyatı baxışlarınızda hansı dəyişikliklər yaradıb? Sizin hüquqlarınızı müdafiə edənlərə sözünüz var?

Cavab: Həbs həyatı istənilən halda məhrumiyyət deməkdir, lakin dunyagörüşünün artırılması baxımından, yəni bu istiqamət üzrə təcrübə baxımından həbs həyatı maraqlıdır.  Burada mən özümdən və işimdən daha çox 85 yaşlı babam və 50 yaşlı anam, yaxınlarım, dostlarım barədə  daha çox düşünürəm. Onların problemlərini və çətinliklərini götür-qoy edirəm. Digər narahat olduğum məqam dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli hesab etdiyim fəaliyyətimin dayanmasıdır. Mən fevral ayında da verdiyim müsahibədə qeyd etmişəm ki, fəaliyyətim heç kimə və yaxud heç bir quruma qarşı yönəlməyib, fəaliyyətim insan haqlarının müdafiəsi üzrə təşəbbüslərdən ibarət olub. Yəni, hazırda həbs həyatımın əsas düşüncələri bundan ibarətdir.

Sual: İctimaiyyətə, hüquqlarınızı müdafiə edənlərə, sizi həbsdə saxlayanlara sözünüz var?

Cavab: Mən hamıya öz təşəkkürümü bildirirəm, bütün fəaliyyətlərdən tam razıyam. Burada bir məsələyə toxunmaq istəyirəm,  AŞPA həmməruzəçilərinin  mənimlə görüşməyini və məsələnin müzakirəyə çıxarılmasını müsbət qiymətləndirirəm, baxmayaraq ki, onların fəaliyyətinə münasibət birmənalı deyil. Azadlıqda olanda da, indi də mən həmişə istənilən tərəflə dialoqun, görüşün keçirilməsinə tərəfdar olmuşam. 

.

contact.az

.

Maybe you are interested in:

Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb

Rəsul Cəfərovun işi üzrə prosesdə şahidlər onun xeyrinə ifadələr veriblər

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

Həbsdə olan hüquq müdafiəçisi “Qurbanların səsi” kampaniyasına təşəbbüs göstərir

Rəsul Cəfərova qarşı daha ağır ittihamlar irəli sürülüb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz