Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dövlət strukturları poliuretandan üzlük kimi istifadəyə icazə verib

 

Yerli KİV üzlük materialının istehsalı və istifadəsi üzrə icazə prosedurunu analiz edib. Məlum olub ki, poliuretana uyğunluq sertifikatı, ondan üzlük kimi istifadəyə icazə verilib.

Sənədlərə əsasən, "Global Stone” MMC-nin poliuretan məhsuluna Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin AzTEST mərkəzi sertifikat verib. Məhsul "Dərnəgül Boru Zavodu”nun laboratoriyasında sınaqdan keçirilib.

FHN-in Yanğına Nəzarət Dövlət Xidməti poliuretandan üzlük kimi istifadəyə icazə verib, çünki o, təcrübə zamanı «yanğına yüksək davamlılıq göstərib».  

Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda istifadə edilən poliuretan keyfiyyətli deyil. Poliuretan çox yüksək temperatirda açıq odla təmas zamanı yanır. Təmas aradan qalxanda o, yanmır.

Amma poliuretanın mənfi cəhəti də var. Bu material yanan zaman çox təhlükəli qazlar, o cümlədən НСN ayrılır. Bu qazlar bir neçə dəqiqəyə insanı öldürür və ya zəhərləyir. +170 ºС-dən yüksək temperaturda poliuretan zəhərli və yanan qaz buraxır. Poliuretan yanan zaman çıxan qazlarda fosforlu antipirenlər, karbon oksid və sianlı hidrogendən daha zəhərli maddələr olur. Xlorlu poliuretanların pirolozondə xlor, xlorlu hidrogen, xlorlu karbohidrogen yaranır.

Qeyd edək ki, çoxsaylı ölüm faktı ilə nəticələnən yanğını araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb.

.

contact.az

.

Maybe you are interested in:

SOCAR-da yanğın: Birinci dəfə təsadüf, üçüncü dəfə...heç üst-üstə də düşmür

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Ölkəni dövlət kimi idarə etmək fikriniz varmı?

Yanğınsöndürənlər poliuretanı tez alışan material hesab etmirlər?

Bakı meriyası Milli Şuraya mitinq keçirməyə icazə verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz