Federal lәzgi
milli-mәdәni muxtariyyәti

NATO Türkiyə səmasında mühafizəni gücləndirir

 

Türkiyənin NATO üzrə müttəfiqləri ölkənin hava məkanının qorunması ilə bağlı tədbirlərin müzakirəsini genişləndiriblər, The Wall Street Journal yazır.

İndiyədək alyansın iştirakı bir neçə Patriot HHM sisteminin yerlşdirilməsi ilə məhdudlaşdırılmışdı, lakin Ankaraya yeni, daha çevik vasitələrin təklifi planlaşdırılır.

Rusiya təyyarəsi vurulmadan öncə ABŞ Türkiyədə F-15 qırıcılarının yerləşdiriləcəyini bildirmişdi. Həmçinin Türkiyə ərazisində Britaniya aviasiyası yerləşdiriləcək.

Bundan əlavə, Aralıq dənizinə Almaniya və Danimarkanın gəmiləri çıxarılacaq, WSJ yazır.

NATO nümayəndələri bildiriblər ki, alyans əlavə tədbirlər qismində Patriot kimi HHM sisteminin yerləşdirilməsini və NATO komandanlığının himayəsi altında hərbi-dəniz qüvvələrinin gücləndirilməsini nəzərdən keçirir.

"Bu, Türkiyə üçün zəmanət sisteminin bir hissəsidir”, - NATO baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib.

O qeyd edib ki, yaxın həftələrdə regionda əlavə qüvvələrin yerləşdirilməsi barədə qərar qəbul ediləcək.

.

www.contact.az

.

Maybe you are interested in:

NATO Strengthens Protection of Sky over Turkey

Putin özündən çıxır və Türkiyəni hədələyir

NATO Rusiyaya xəbərdarlıq edib

NATO İPAP çərçivəsində Azərbaycanla əməkdaşlığın 4-cü mərhələsini təsdiq edib

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz