NATO Rusiyaya xəbərdarlıq edib
NATO baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya məxsus döyüş təyyarələrinin Türkiyənin hava məkanını pozmasının Moskvanın iddia etdiyi kimi təsadüf olduğunu hesab etmir.
"Bu əməllərin motivləri ilə bağlı fikir bildirməyəcəyəm, amma bu, təsadüf kimi görünmür, həm də bir deyil, iki belə hadisə baş verib. Bu, hava məkanının ciddi şəkildə pozulmasıdır”, deyə o, oktyabrın 6-da Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Stoltenberq həmçinin qeyd edib ki, pozuntular Rusiyanın iddia etdiyi kimi bir neçə saniyə deyil, "xeyli çox” çəkib və bu cür hadisələr "təhlükəli vəziyyətlərə” səbəb ola bilər. O, Türkiyənin hava məkanının eyni zamanda NATO-nun hava məkanı olduğunu xatırladıb.
NATO baş katibi Rusiya qırıcı təyyarələrindən heç birinin Türkiyə təyyarələrini hədəfə belə almadığı haqqında məlumatları şərh etməyib, Türkiyənin hələ də Moskvadan "əsl izahat” almadığını qeyd edib.
Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, oktyabrın 3-də Su-30 qırıcı təyyarələrinin Türkiyənin hava məkanına daxil olması cəmi "bir neçə saniyə” davam edib və bu, pis hava şəraiti ilə əlaqədar baş verib. Amma artıq oktyabrın 4-də ikinci hadisə baş verib: tanınmayan MiQ-39 Türkiyənin iki F-16 qırıcı təyyarəsini təqib etməyə başlayıb. Hər iki hadisə Türkiyənin Suriya ilə sərhədində, Hatay əyalətində baş verib. Burada Rusiya HHQ mücahidlərə zərbələr endirir. Lakin Qərb mənbələri bildirirlər ki, Əsəd rejiminə qarşı mübarizə aparan Qərbyönlü müxalifətçilər bombardmana məruz qalıb.
.
Maybe you are interested in:
NATO Türkiyə səmasında mühafizəni gücləndirir
Rusiyaya məxsus Cy-24 təyyarəsinin pilotu Suriya türklərindədir