Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiyaya məxsus Cy-24 təyyarəsinin pilotu Suriya türklərindədir

 

Bu səhər vurulan Cy-24 təyyarəsinin pilotlarından biri Suriya türkləri tərəfindən götürülüb və Türkiyə ilə sərhəddin 3 km.-də Latakiya əyalətində saxlanılır. İkinci pilot həlak olub. Bu barədə Türkiyə KİV-i yerli və hərbi mənbələrə isnadla bildirib.

Rusiyanın Mİ-8 təyyarələri katapultasiya edən pilotların axtarışındadır. Çox güman ki, Rusiya hərbçiləri xüsusi təyinatlıların köməyilə əsiri azad etmək üçün əməliyyat keçirəcək.

*   *   *

2015 Noyabr 24 (Çərşənbə axşamı) 12:56:58

Çərşənbə axşamı Türkiyə-Suriya sərhəddi yaxınlığında Rusiyanın Cy-24 bombardmançı təyyarəsi vurulub. Rusiyanın Müdafiə Nazirliyi bu xəbəri təsdiqləyib.

Türkiyənin Haberturk TV telekanalı dağlara çırpılan təyyarənin alov içində olduğunu göstərib. Pilotlar katapultasiya ediblər.

Röyter agentliyi adı çəkilməyən türk hərbçisindən sitat gətirərək bildirib ki, təyyarə Türkiyənin hava məkanını pozduqdan və xəbərdarlığa məhəl qoymadıqdan sonra bu ölkənin F-16 qırıcıları tərəfindən vurulub.

Qeyd edək ki,  təyyarə etnik türklərin yaşadığı əraziləri bombalayıb. Türkiyə hakimiyyəti Moskvanı bunu etməmək barədə xəbərdar etmişdi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu xarici işlər nazirinə göstəriş verib ki, Suriya ilə sərhəddə son hadisələrlə bağlı NATO və BMT ilə məsləhətləşmələr aparsın.

.

www.contact.az

.

Maybe you are interested in:

Türkiyənin baş naziri Rusiyanın Suriyadakı “imperialist məqsədləri”ndən danışıb

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

Türkiyə Suriya türklərinin yaşayış məntəqələrinə aviazərbələrdən sonra Rusiyaya etirazını bildirib

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

NATO Rusiyaya xəbərdarlıq edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz