Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

 

Türkiyə-Rusiya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin məhv edilməsini birmənalı qiymətləndirmək çətindir, amma bu məsələdə Ankaranın qəti mövqeyi şübhə doğurmur. Azərbaycanda ekspertlərin və siyasətçilərin əksəriyyətinin ümumi fikri belədir.

"Rusiya çoxdandır özünü meydan oxurcasına aparır və bir neçə aydır RF HHQ-nin Böyük Britaniya, Baltika ölkələri, ABŞ və digər Qərb ölkələrinin hava sərhədlərini pozması haqqında məlumatlar yayılır. Moskvada belə bir təəssürat yaranıb ki, heç kim ona baş qoşmaq istəmir və o, hər şey edə bilər. Buna görə, Kremli yerinə oturtmaq lazım idi”, deyə "Şərq-Qərb” Mərkəzinin rəhbəri Ərəstun Oruclu Turan-a bildirib.

Lakin baş verənlərin nəticələrini təxmin etmək kifayət qədər çətindir. Baxmayaraq ki, Ankaranın dəqiq və düşünülmüş hərəkət etdiyi, Rusiyanın öz sərhədləri yaxınlığında İŞİD-ə qarşı mübarizə adı altında Əsəd rejiminin dəstəklənməsinə və müxalifət qüvvələrinin boğulmasına yönəlmiş hərəkətlərinə dözmək niyyətində olmadığını nümayiş etdirdiyi şübhə doğurmur.

İkitərəfli münasibətlərin nə dərəcədə gərginləşə biləcəyi haqqında suala cavabda Orulu deyib ki, tərəflərin qırmızı xətti keçəcəyini düşünmür. "Gurultulu bəyanatlar və hədələr münasibətlərin tamamilə dondurulmasına gətirib çıxarmayacaq.

Moskva üçün hərəkətverici əsas amil hamıya özünün böyük dövlət olduğunu, təkbaşına bütün dünyadakı məsələləri həll edə biləcəyini və heç kimin ona yol göstərə bilməyəcəyini nümayiş etdirmək istəyidir. Amma Putinin bu zərərli ambisiyalarını həyata keçirməsi, çətin ki, mümkün olsun. Buna görə tərəflər razılıq əldə edəcəklər”, ekspert belə hesab edir.

Keçmiş Müsavat lideri İsa Qəmbər Türkiyənin bu addımı ətrafında müzakirə belə aparmağın yersiz olduğunu söyləyib. O, Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasının ilk hadisə olmadığını, bu haqda Rusiya tərəfə dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb. Hətta vurulan təyyarəyə belə vurulmazdan öncə dəfələrlə xəbərdalıq oldunduğu bildirilib. "Türkiyənin addımı beynəlxalq normalara uyğun olub, bu addım müzakirə obyekti ola bilməz”, - deyə İ.Qəmbər Türkiyənin haqlı olmasını bir daha təsdiq edib. İ.Qəmbərə görə, bu addım həm də bölgədə gərginliyin hansı həddə olmasının göstəricisidir. İ.Qəmbər qeyd edib ki, bu gərginliyi nəzərə alaraq istənilən dövlət ölçülü-biçili addım atmalıdır. İ.Qəmbər bu faktı həm də Ukraynadakı hərəkətlərilə beynəlxalq münasibətlər sisteminə zərbə vuran Rusiyaya xəbərdarlıq kimi dəyərləndirib.

Bu məsələdə Azərbaycanın mövqeyinə gəlincə, İ.Qəmbərə görə, Azərbaycan birməanlı olaraq türkmənlərin və qardaş Türkiyənin yanında olmalıdır. O qeyd edib ki, bu, həm də Azərbaycan kimi problemləri olan dövlətlərə təhlükəsizlik sistemi baxımından kimin yanında olması seçimi etmək xəbərdarlığıdır.

İ.Qəmbər bildirib ki, bu halda Azərbaycan Avroatlantik məkana inteqrasiya yönümlü seçimini etməlidir.

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasını zəruri müdafiə addımı kimi dəyərləndirib. Rusiyanın Türkiyənin hava məkanına belə sayğısız davranışının ilk dəfə olmadığı, bu haqda Rusiyanın Türkiyədəki səfirliyinə dəfələrlə xəbərdarlıq edildiyi xatırladılıb.

Onun fikrincə, Suriya məsələsində Rusiyanın Türkiyəyə münasibətdə sayğısız davranması, Türkiyə ilə hesablaşmaması gərginlik yaratmışdı. Rusiya təyyarəsi Türkiyənin hava məkanına daxil olduğuna görə vurulub. "Bu da mülki təyyarə deyil ki, deyək ki, hərbi təhlükə yox idi, odur ki, qalmaqal yaratmağa əsas yoxdur, Türkiyə haqlıdır”, - deyə F.Mustafa bildirib. Türkiyənin türkmənləri qorumasının vacib olduğunu deyən F.Mustafa burada qeyri-adi heç nə görmədiyini söyləyib. Onun fikrincə, tərəflər danışıqlar vasitəsilə münasibətləri yoluna qoya biləcəklər.

Bu hadisəyə münasibətdə Azərbaycana gəlincə, F.Mustafa Azərbaycanın haqlının yanında olmalı olduğunu vurğulayıb. O, Rusiyanı Qarabağı işğal edən Ermənistana yardım edən dövlət adlandırıb. F.Mustafa, bununla belə, Azərbaycanın tutduğu indiki qarışmamaq mövqeyini doğru addım adlandırıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Putin özündən çıxır və Türkiyəni hədələyir

Əhməd Davudoğlu: “Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub”

NATO Rusiyaya xəbərdarlıq edib

Bakının anti-Qərb siyasəti ölkənin geosiyasi rolunu zəiflədəcək və Azərbaycanı Rusiyanın vassalına çevirə bilər - ekspert

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz