Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakının anti-Qərb siyasəti ölkənin geosiyasi rolunu zəiflədəcək və Azərbaycanı Rusiyanın vassalına çevirə bilər - ekspert

 

Qərb və İran arasında Tehrana qarşı sanksiyaların ləğv edilməsi haqqında razılaşmalar İranın daxili və xarici siyasətinə, habelə onunla qonşu ölkələrə ciddi təsir edəcək. Bu fikri Turan-a müsahibəsində "Şərq-Qərb” Analitika Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.

"Sanksiyaların ləğvinin qısamüddətli və uzunmüddətli təsiri ola bilər. Birinci halda sanksiyaların ləğvi Qərblə münasibətlərin yaxşılaşmasına və Qərbə qarşı tənqidin yumşalmasına gətirib çıxaracaq. Bu, İranın mürtəce dini dairələrinin mütləq müqavimətinə səbəb olacaq və hakimiyyət onlarla anlaşmalı olacaq.

Lakin uzunmüddətli gələcəkdə sanksiyaların ləğvinin müsbət nəticələri böyük olacaq: Tehranın daha çox proqnozlaşdırılması mümkün olacaq, onun maraqları və nüfuzu daha çox qəbul və hiss olunan olacaq.

Bu mənada, qonşu ölkələrdə İranyönlü qüvvələrin, o cümlədən Azərbaycanın şiə dairələrinin nüfuzu və rolu da güclənəcək”, deyə Oruclu qeyd edib.

Sanksiyaların ləğvinin böyük iqtisadi təsiri də olacaq, çünki Tehranın qonşuları ilə ciddi layihələr və ilk növbədə nəqliyyat və energetika sahəsində layihələr həyata keçirməsinə imkan verəcək.

"Azərbaycan üçün bu, mühüm məsələ olacaq. Hazırda Bakının Xəzərə və Asiya ölkələrinə çıxışı var, İran isə bundan istifadə edə bilmir. Bundan sonra "biz olmadan regionda heç bir layihə həyata keçirilə bilməz” şüarı aktual deyil”, deyə Oruclu qeyd edib.

"Amma hazırda Bakı Qərbi özündən uzaqlaşdırmaq üçün əlindən gələni edir və buna görə onu cəzalandıra bilərlər. Sanksiyaların ləğvi Tehranı Cənub Qaz Dəhlizinin mümkün iştirakçısına və Türkmənistan qazının Türkiyə vasitəsilə Avropaya çıxarılmasında tərəfdaşa çevirir.

Bu halda Qərb İlham Əliyevə yoxsul və əxlaqsız Avropa, iflasa uğramış və ikiüzlü Qərb haqqında sözlərini xatırladacaq”, ekspert belə hesab edir.

İranın energetika layihələrinə qoşulması regionda geosiyasi vəziyyəti də kökündən dəyişə bilər. Belə ki, Transxəzər qaz kəməri tikilsə belə, o, artıq Avropaya ixrac üçün yeganə imkan olmayacaq. Bu, Avropanın Rusiya qazından asılılığının və Moskvanın Qərbə qaz ixracını dayandırmaq və ya onun qiymətini özbaşına qaldırmaq hədələri ilə təzyiq göstərmək imkanının xeyli azalması demək olacaq.

Bundan başqa, Nabukko layihəsi aktuallaşır, çünki İran və İraqın böyük qaz ehtiyatları bu meqalayihəni tamamilə səmərəli edir.

Belə olan halda düşünülməmiş anti-Qərb addımları Azərbaycanı dalana, çıxılmaz vəziyyətə sala bilər, o, istər-istəməz Rusiyanın vassalına çevriləcək və öz coğrafi və geosiyasi üstünlüklərini itirəcək, Ərəstun Oruclu belə düşünür.

.

contact.az

.

Maybe you are interested in:

Güney Azərbaycan milli hərəkatı kinetik gücə dönməlidir

Oleq Kuznetsov kimin adından danışıb?

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz