Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

 

Milli Təhlükəsizlik Nazirliyinin iki idarəyə - Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti idarələrinə ayrılması dünya təcrübəsinə uyğun müsbət addımdır.

Bu barədə Turan-ın müxbiri ilə söhbətində ekspert və MTN-in keçmiş əməkdaşı Ərəstun Oruclu dövlət başçısının bununla bağlı fərmanlarını və sərəncamlarını şərh edərkən bildirib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovun adı az məlumdur və hələlik bir rəhbər kimi və onun haqqında və işgüzar keyfiyyətləri haqqında danışmaq tezdir.

"Lakin, çox güman ki, o, əvvəllər də MTN-in Xarici Kəşfiyyat İdarəsində çalışıb, bu vəzifəyə çətin ki, kənardan bir insan təyin edərdilər”, deyə Oruclu qeyd edib.

Bu gün Azərbaycan XKX-nin nə ilə məşğul olmalı olduğu barədə suala cavabda ekspert qeyd edib ki, üç istiqamət – Ermənistan, İran və Rusiya əsas olmalıdır.

"Niyə Ermənistan – bunu izah etməyə, təqin ki, ehtiyac yoxdur. İran və Rusiyaya gəlincə, hər iki ölkənin Azərbaycanda böyük geosiyasi maraqları var və fəal işləyirlər. Bu, həmin ölkələr üzrə də müvafiq kəşfiyyat fəaliyyətini zəruri edir”, deyən ekspert qeyd edib ki, başqa istiqamətlər və ölkələr də var.

Xüsusən, bu, transmilli cinayətkarlığa və digər bu kimi problemlərə qarşı mübarizədir.

Eyni zamanda, Təhlükəsizlik Xidmətinin funksiyaları da konkretləşdirilir, o, xarici kəşfiyyatlara qarşı əks-kəşfiyyat, daxili təhlükəsizliyin təmin edilməsi, narkobiznesə, traffikinqə qarşı mübarizə və s. ilə məşğul olur.

"Bu qədər mühüm funksiyaların bir əldə cəmlənməsi hakimiyyət üçün təhlükə yarada bilər”, deyə Ərəstun Oruclu sonda bildirib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Üçqat salto

Ekspert: “Maliyyə nazirinin barəsində kompromat Moskvanın sifarişidir”

MTN-in fəaliyyətinə son verilir

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

Bakının anti-Qərb siyasəti ölkənin geosiyasi rolunu zəiflədəcək və Azərbaycanı Rusiyanın vassalına çevirə bilər - ekspert

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz