Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Oleq Kuznetsov kimin adından danışıb?

 

Rusiya-Türkiyə münasibətlərindəki böhran fonunda Rusiya-Azərbaycan münasibətləri, çətin ki, hansısa dəyişikliyə məruz qalsın. Ankara ilə bəyan edilən qardaş münasibətlərinə baxmayaraq, rəsmi Bakı ölçülmüş-biçilmiş mövqe nümayiş etdirir.

Bakı və Moskva arasında əvvəlki kimi normal siyasi dialoq var ki, bu da daha çox Kremli deyil, Ankaranı narahat etməlidir.

Bu fikri RİA-Vesti-yə müsahibəsində Moskvalı politoloq Oleq Kuznetsov bildirib. Onun 2016-cı il yanvarın 1-də dərc edilmiş müsahibəsində Bakıya qarşı açıq-aşkar şantaj və hətta təzyiq xarakteri daşıyan bir sıra mühüm məqamlar var.

Xüsusən, Kuznetsov Azərbaycanın Suriya böhranı məsələsində Rusiya və İranın yanında olmalı olduğuna işarə edir. Onun sözlərinə görə, Rusiya, İran, İraq və Suriyanın şəxsində koalisiya İŞİD-ə qarşı tammiqyaslı müharibə aparmaq iqtidarında olan yeganə real qüvvədir.

"İran və Rusiya Azərbaycanın iki qlobal qonşusudur, onların birgə potensialı Türkiyəyə şans buraxmır, hətta NATO onu dəstəklədiyi halda belə. Beynəlxalq siyasətdə ağıllı olan isə həmişə güclünün tərəfində oynayır”, deyə Kuznetsov bildirib.

Daha sonra o, Bakını Tehrana qarşı sanksiyaların ləğvindən sonra İran və Rusiya arasında yük tranzitində iştirak məsələsində "yanılmamağa” çağırır.

"Belə bir sual yaranı: İrandan Rusiyaya yük tranziti necə həyata keçiriləcək – Azərbaycan vasitəsilə, yoxsa onun sərhədlərindən yan keçərək? Ölkə ərazisindən tranzit Azərbaycana ciddi maliyyə daxilolmaları, xüsusən, milli valyutanın devalvasiyası fonunda bu qədər zəruri olan daxilolmalar gətirəcək”.

Rusiya və İran arasında "Şimal-Cənub” ticarət dəhlizinin həyata keçirilməsinə başladıqdan sonra Böyük Qafqaz əsas nəqliyyat arteriyasına çevriləcək. "Qafqazdan keçən iki strateji yol var – Azərbaycandan keçən yol bu gün ən qısa və abadlaşdırılmış yoldur. İkinci yol Qarabağ-Ermənistan-Gürcüstan-Abxaziyadan keçir. Və fars mallarının Rusiya və Avropaya hansı yolla gedəcəyi yalnız Bakının xoş məramından asılıdır”.

Tehran-Bakı-Moskva ticarət yolu dəmiryolu və avtomobil nəqliyyatı şəklində tamamilə abadlaşdırılıb. Dəniz yolu haqqında da eyni şeyi demək olar: Enzeli-Bakı-Həştərxan-Mosva və ya Enzeli-Bakı-Həştərxan-Qaradəniz.

Bakı tranzitdə iştirak etməyə razılaşmasa, "Mərkəzi Asiya və İrandan əsas mal axını Azərbaycan vasitəsilə deyil, "alternativ” yolla Qarabağ-Ermənistan-Gürcüstan-Abxaziya vasitəsilə gedəcək. Bu isə yalnız bir şey demək olacaq: Qarabağ artıq heç vaxt Azərbaycanın olmayacaq”, deyə Kuznetsov bəyan edir.

Türkiyənin Qarabağ tənzimlənməsində iştirakının perspektivlərinə toxunan Kuznetsov bildirib ki, Ankara münaqişənin hərbi yolla həllinin ardıcıl tərəfdarı olub və belə də qalmaqdadır, buna görə isə onun prosesə müdaxilə etmək cəhdləri yalnız vəziyyətin gərginləşməsinə aparıb çıxarır.

"ATƏT-in Misnk qrupunun digər üzvləri, o cümlədən onun həmsədrləri bu regionda fəal olaraq gərginlik dərəcəsini artırır”, deyən siyasətçi Azərbaycanın ünvanına birbaşa hədələrə keçir.

Dekabrın 27-də KTMT baş katibi Nikolay Bordyuja bildirib ki, iki il sonra KTMT-nin baş katibi Ermənistan nümayəndəsi olacaq. "Azərbaycanın və onun müttəfiqlərinin işğal edilmiş ərazilərini qaytarmaq üçün iki ili qalır. Ermənistan nümayəndəsi KTMT-yə rəhbərlik etməyə başladıqdan sonra bu ölkə təşkilatın iştirakçısı olan ölkələrin silahlı kontingentlərinin daimi manevrləri üçün poliqona çevriləcək, Qarabağın Azərbaycanın tərkibinə qayıtması isə qeyri-müəyyən müddət üçün təxirə salınacaq”.

Buna görə, Kuznetsov hesab edir ki, Türkiyə NATO-nu Qarabağ münaqişəsinə cəlb etməyə çalışacaq. Lakin "hələlik Rusiya Ermənistanın maraqlarını qurban verməyə hazır deyil”, deyə o əlavə edib.

Sonda Kuznetsov belə bir fikir bildirib ki, İlham Əliyevin iqtisadi islahatlar keçirmək üçün siyasi iradəsi var. Eyni zamanda, Qərb öz geosiyasi maraqlarından irəli gələrək Bakıya təzyiq göstərəcək və Moskva və Tehran birliyinə qarşı mübarizə üçün Azərbaycandan istifadə edəcək.

"Bu gün Azərbaycan Qərb tərəfindən fəal və məqsədyönlü psixoloji müharibənin obyektidir, Avropanın özündə böhran təzahürləri artdıqca bu müharibənin intensivliyi artacaq. Avropa İttifaqı ölkələri bundan sonra da Amerikanın "idarə olunan xaos” siyasətinin təsiri altında hərəkət edəcək. Onlar bu siyasəti həm Azərbaycana, həm də Rusiyaya münasibətdə həyata keçirməyə çalışırlar”, deyə Kuznetsov bildirib.

Rusiya politoloqunun bu tezisləri bir neçə səbəbdən maraqlıdır. Birincisi, onlar təəccüblü bir şəkildə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müntəzəm olaraq səsləndirdiyi bəyanatları xatırladır. Belə bir təəssürat yaradır ki, Kuznetsov Ramiz Ənvər oğlunun elmi rəhbəridir.

İkinci səbəb ondadır ki, açıq-aşkır hədə ehtiva edən bu cür materiallar Azerros.ru saytında – Rusiyadakı Azərbaycan diaspora təşkiatına məsus saytda dərc olunub.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Amerikalı ekspert: Moskvanın hərbi ritorikası vəziyyəti çətinləşdirir

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

Xəzərdə İran-Rusiya təlimatları

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz