Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

 

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Cənubi Qafqazda ümumi təhlükəsizliyi poza bilər. Bir çox Amerika analitiklərinin ortaq fikri belədir.

Turan-ın Vaşinqton müxbirinə müsahibələrində bir sıra ekspertlər bu problemə baxışlarını bölüşüblər.

Regionda hazırki vəziyyət münaqişə riskini artırır, deyə Vaşinqton Atlantik Şurasının baş elmi əməkdaşı Xorxe Benitez bildirib.

"Rusiyanın Ukraynaya soxulması Qara dəniz regionunda sabitliyi pozduğu halda Moskvanın Suriyaya hərbi müdaxiləsi Türkiyə ilə münasibətləri pozub. Bundan başqa, Xəzər dənizindən qanadlı raket buraxılması Qafqazın qərb sərhədlərindən şərq sərhədləinə qədər bütün regionun sabitliyini pozub”, deyə o qeyd edib.

Beləliklə, Rusiyanın addımbaaddım hərbi əməlləri Azərbaycan və Ermənistanın təhlükəsizliyini pisləşdirib, hələ Gürcüstanı demirəm.

Putin "Böyük Rusiyanın bərpası üzrə ideyalarının həyata keçirilməsinə görə daha çox narahatdır, nəinki iqtisadi islahatlara görə”.

Çox güman ki, Moskva və Ankara arasında münasibətlər bundan sonra da pisləşəcək və Azərbaycan çətin seçim etməli olacaq, ekspert belə hesab edir.

Dağlıq Qarabağa gəlincə, hazırda bütün tərəflərin vəziyyəti gərginləşdirməməsi vacibdir və bütün liderlər Qafqazda daha bir münaqişədən uzaq olmalıdır.

Oklend Universitetinin professoru Pavel Kubiçek də hesab edir ki, Ankara və Moskva barışmasa Ermənistan və Azərbaycan regionda sülhü pozmamalıdır.

Vəziyyətin perspektivlərini Turan-a şərh edərkən o bildirib ki, Erdoğan və Putinin özlərini "güclü” liderlər kimi göstərməyə çalışdığına heç bir şübhə yoxdur, hələlik onların bu mənada nə qədər irəli gedə biləcəyi məlum deyil.

Yaxın gələcəkdə hər iki tərəf ötən hadisənin (SU-24-ün məhv edilməsi) təkrarlanmayacağı barədə razılıq əldə etməlidir. Uzaq gələcəkdə atəşkəs haqqında beynəlxalq saziş və Suriyada müvəqqəti siyasi tənzimlənmə olmalıdır, bu, gərginliyi azaltmağa kömək edəcək.

"Aydındır ki, Azərbaycan hər iki ölkə ilə yaxşı münasibətləri saxlamağa çalışır. Azərbaycanın Türkiyəyə qarşı sanksiyalar tətbiq edə biləcəyindən və edəcəyindən şübhə edirəm. Bununla belə, hesab edirəm ki, Bakı Türkiyənin daha əmin hərəkət edə bilməsi üçün "manevr etməli” olacaq, hər iki tərəf gərginliyi birlikdə azaltmağa çalışmalıdırlar”, deyə o bildirib.

Tennesi Universitetinin professoru Maykl M.Günter də hesab edir ki, hazırki vəziyyət Azərbaycan və Ermənistan üçün yeni problemlər yaradıb.

"Azərbaycan və Ermənistan elə bir vəziyyətdədirlər ki, onlar Türkiyə və Rusiya arasında dinc tənzimlənməyə yardım etməyə hazırdırlar. Bu mənada, ola bilər ki, onların bir-biri ilə münasibətlərinin yaxşılaşması üçün də əsaslar var”, deyə o bildirib.

"Azərbaycan hər-hansı tərəfin mövqeyinin qəbul edilməsində çox diqqətli olmalı və Rusiya ilə düşmənçiliyə yol verməməlidir, qaldı ki, təbii dostu Türkiyə ilə. Bakı bu münasibətlərin tənzimlənməsində mühüm rol oynaya bilər, çünki Ankara və Moskva tez və ya gec belə bir xidmətdə maraqlı olacaqlar”, Günter belə hesab edir.

Qarabağ probleminə gəlincə, onun tez həlli yoxdur. "Bu, Fələstin-İsrail, Hindistan-Pakistan və Kipr münaqişəsi kimi uzunmüddətli problemdir”.

Kaliforniya Universitetindən Ceyms Koyl qeyd edib ki, Ermənistan və Azərbaycan Rusiya-Türkiyə qarşıdurmasında bu və digər tərəfin müttəfiqidir və bu, qətiyyən onların maraqlarına uyğun deyil. Lakin Rusiya və Türkiyə onları öz tərəfinə çəkmək istəyirlər.

.

www.contact.az

.

Maybe you are interested in:

Amerika hərbiçiləri Qarabağda məhdud müharibə ehtimalından narahatdır

Putin Türkiyə rəhbərliyini dəli adlandırıb

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

Rusiyanın Xəzər üzərindəki hərəkətləri Azərbaycana təhlükə törədir

Xəzərdə İran-Rusiya təlimatları

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz