Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Putin Türkiyə rəhbərliyini dəli adlandırıb

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Türkiyə hakimiyyəti ötən həftə Rusiyanın Su-24 təyyarəsinə hücum etdiklərinə görə "hələ çox peşman olacaqlar”. Bu barədə dövlət başçısı Federal Yığıncağa müraciətində bildirib.

"Biz onların etdiklərini hələ çox xatırladacağıq, onlar əməllərinə görə hələ çox peşman olacaqlar”, deyə Putin qeyd edib.

Ankaranın əməllərinə toxunan prezident deyib ki, "Allah Türkiyənin hakim dəstəsini ağıl və şüurdan məhrum etməklə cəzalandırmaq qərarına gəlib”. Türkiyə "pomidorlar və inşaat şirkətləri üçün hansısa məhdudiyyətlərlə canını qurtara bilməyəcək”.

Daha sonra o qeyd edib ki, Moskva "təhlükəli isterik reaksiyadan uzaq olmalıdır”. "Addımlarımızın əsaslarında ilk növbədə məsuliyyət duracaq. Biz meydan oxumayacağıq”, deyə Putin bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyə hərbiçilərinin hərəkətlərinin səbəblərini başa düşmür. "Onların bunu niyə etdiyini təkcə Allah bilir”, deyə o, fikrini tamamlayıb. Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiya hakimiyyətinin "xeyirxah, əməkpərvər və istedadlı” türk xalqı ilə "Suriyada hərbiçilərimizin ölməsinə görə birbaşa məsuliyyət daşıyan” ölkə hakimiyyəti arasında bərabərlik işarəsi qoymur.

.

www.contact.az

.

Maybe you are interested in:

Putin Qarabağda atışmanın dayandırılmasına çağırıb

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Putin özündən çıxır və Türkiyəni hədələyir

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz