Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Putin Qarabağda atışmanın dayandırılmasına çağırıb

 

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpası barədə məlumatlardan narahatlığını bildirib. Bu barədə şənbə günü dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Putin münaqişə tərəflərini dərhal atışmanı dayandırmağa və təmkinlik nümayiş etdirməyə çağırıb”, - Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiya lideri vəziyyətin yenidən silahlı qarşıdurmaya gətirib çıxarmasından təəssüfləndiyini bildirib.

"Son vaxtlar həm üçtərəfli (Rusiya, Ermənistan, Azərbaycan), həm də beynəlxalq səylər (Minsk Qrupunun həmsədrləri – Rusiya, Fransa, ABŞ –red.) üzrə sonda münaqişənin nizamlanmasına aparacaq bir sıra tədbirlər görülüb”, - Peskov vurğulayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Rusiyanın müdafiə naziri Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb

Putin Türkiyə rəhbərliyini dəli adlandırıb

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz