Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək
Yerevan/28.04.15/Turan-Armİnfo: Ermənistan prezidenti əmindir ki, əgər zərurət yaranarsa Rusiya ölkəyə hərbi yardım göstərəcək. Bu barədə o, "Pozner” proqramında bildirib.
Ermənistanın düşdüyü şəraitdə müdafiə naziri və prezident daim müharibənin başlanmasına hazır olmalıdırlar. Bu kontekstdə Ermənistan və Rusiya Azərbaycan tərəfinə Rusiya silahının satışı məsələsini müzakirə ediblər. "Biz Vladimir Vladimiroviçlə bu mövzunu çox müzakirə etmişik, biz danışmaya bilməzdik: məsələ belədir ki, bu gün müttəfiqlərimizin, ilk növbədə Rusiyanın sayəsində həqiqətən döyüşqabiliyyətili ordumuz var, bundan ötrü çoxlu vəsait lazımdır. Ermənistanın isə bu vəsaiti yoxdur. Bu o deməkdir ki, Rusiya Ermənistana hərbi-texniki yardım göstərib və göstərir”, - o qeyd edib.
Bu kontekstdə Sarkisyan əmin olduğunu bildirib ki, əgər zərurət yaranarsa Rusiya Ermənistana hərbi yardım göstərəcək.
O həmçinin qeyd edib ki, Rusiya-Azərbaycan silah sövdələşmələri regionda qüvvələr balansının pozulmasından daha çox, psixoloji məsələdir, çünki sərhəddə dayanan erməni əsgər anlayır ki, ona müttəfiqdən alınan silahdan atəş açılır.
"Bu isə ağır məqamdır. Ümid edirəm ki, RF Baş Qərargahında və digər strukturlarda çox yaxşı başa düşürlər ki, qüvvələr balansının pozulması nəyə gətirib çıxarar və çox ümid edirəm ki, düzgün qərar qəbul edərlər”, - Sarkisyan vurğulayıb.
Bəzi məlumatlara görə, Bakının aldığı silahların 85%-ni Rusiya göndərir. Son dörd ildə Rusiyadan Azərbaycana silah göndərilməsi 3,5 dəfə artıb.
.
Maybe you are interested in:
Xəzərdə İran-Rusiya təlimatları