Rusiya Ermənistana 200 milyon dollar dəyərində ağır silahlar göndərəcək
Rusiya hökuməti və Ermənistan hakimiyyəti on il müddətinə Yerevana $200 mln. dollara yaxın dövlət ixrac kreditinin verilməsi barədə saziş imzalayıblar. Ödənişə 2018-ci ildən başlanılacaq.
İnterfaks bildirib ki, Ermənistan Rusiyadan "Smerç” yaylım atəşli reaktiv sistem və onun hərbi sursatını, "İqla-C” zenit kompleksi, "Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksi, TOC-1A ağır odsaçan sistem, "Konkurs-M” tank əleyhinə raket sistemi, "Tiqr” zirehli avtomobil, rabitə vasitələri və s. alacaq.
Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Ermənistan Müdafiə Nazirliyi arasındakı qarşılıqlı yazılı razılaşmaya əsasən siyahı dəyişdirilə bilər.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Xəzərdə İran-Rusiya təlimatları
Şərh əlavə edin