Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiya, Ermənistan və Azərbaycan ən çox hərbiləşdirilmiş ölkələr sırasındadır

 

Postsovet məkanının üç ölkəsi – Ermənistan, Rusiya və Azərbaycan Qlobal Militarizasiya İndeksində - 2014 (GMI) liderlik edən ölkələr onluğuna daxil edilib.  DW World Bonn Beynəlxalq Konversiya Mərkəzinə (BICC) istinadən bildirib.

Onluq ölkələr arasında belə bölünüb: İsrail, Sinqapur, Ermənistan, Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan, Azərbaycan.

Araşdırmaçılar qeyd edirlər ki, Yaxın Şərqdə militarizasiyanın səviyyəsi bir neçə səbəblə izah olunur. Bura mövcud avtoritar rejimlərin daxili düşmənlərdən qorunmasından tutmuş xarici münaqişələr və kənar təhlükələr daxildir. Anaitiklərin proqnozlarına görə, bu regionda militarizasiyanın yüksək səviyyəsi daha da arta bilər.

Ermənistanla Azərbaycana (siyahıda müvafiq olaraq üçüncü və onuncu yerlər) gəlincə, ekspertlər qeyd edirlər ki, son illər onlar öz hərbi potensialını və silah xərclərini xeyli artırıblar. Lakin bu Qafqaz ölkələrində vəziyyətə hər iki ölkəyə silah verən Rusiyadan ayrılıqda baxmaq olmaz.

İllik Qlobal Militarizasiya İndeksi 1990-cı ildən Bonn Beynəlxalq Konversiya Mərkəzi tərəfindən tərtib edilir. Militarizasiyanın səviyyəsi bir neçə göstərici, o cümlədən ÜDM-ə nisbətdə müdafiə büdcəsinin həcminə görə qiymətləndirilir.

2013-cü il üçün reytinqdə (2012-ci ilin göstəriciləri nəzərə alınıb) Rusiya İsrail, Sinqapur, Ermənistan və Suriya ilə birlikdə ilk beşliyə daxil olub.

Xatırladaq ki, bu il Azərbaycanın hərbi büdcəsi 3,7 mlrd. dolları ötür.

Ermənistanın büdcəsi isə  427 mln. dollar təşkil edir

.

contact.az

.

Maybe you are interested in:

ABŞ analitikləri: Rusiya-Türkiyə qarşıdurması Qafqazda təhlükəsizlik şəraitini pisləşdirir

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

Rusiya Azərbaycana 24 helikopter göndərib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz