Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiya Azərbaycana 24 helikopter göndərib

Rusiya Azərbaycanın sifariş verdiyi Mi-35M tipli helikopterlərin önəmli qisminin qrafikə uyğun olaraq çatdırılmasını təmin edib.
Bu barədə APA-ya ötən həftə Dubay şəhərində keçirilmiş "Dubai Airshow-2013” aviaşousunda iştirak edən «Rosoboroneksport» şirkətindən məlumat verilib.
Hazırda digər helikopterlərin istehsalı və testləri keçirilir. Yaxın vaxtlarda sifariş üzrə Mi-35M helikopterlərinin növbəti partiyası Azərbaycana yola salınacaq.
«Azərbaycan regionda bizim ən böyük müştərilərimizdən, eyni zamanda Rusiya aviasiya texnikalarının ən böyük istifadəçilərindəndir», - deyə şirkətdən bildirilib.
Rusiya paralel olaraq Azərbaycana Mi-17V1 tipli helikopterlərin də ixracatını davam etdirir.
Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş və 60 ədəd Mi-17 hərbi nəqliyyat helikopteri sifariş verib.

.

musavat.com

.

Maybe you are interested in:

Amerika hərbiçiləri Qarabağda məhdud müharibə ehtimalından narahatdır

Rusiya Ermənistana hərbi vertolyotlar çıxarıb

Xəzərdə İran-Rusiya təlimatları

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

Eldar Mahmudov: “Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz