Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rusiya sülhməramlı qüvvələr adı altında Ermənistana qoşun çıxarır

 

Yerevan/ 26.09.15/Turan- Armİnfo: Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının  100-dən çox hərbçisi "Sarsılmaz qardaşlıq -2015” beynəlxalq təlimlərində iştirak etmək üçün Ermənistana gəlib. Təlimlər 30 sentyabr-4 oktyabr tarixlərində keçiriləcək.

Mərkəzi Hərbi Dairənin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 25-də Rusiya sülhməramlılarının bölmələri Samara vilayətində həyəcan siqnalı ilə qaldırılıblar.  KTMT sülhməramlı qüvvələrinin birgə təlimlərinə 10-dan çox hərbi texnika göndərilib. Daşınmaz hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə həyata keçiriləcək.

KTMT sülhməramlı qüvvələrinin "Sarsılmaz qardaşlıq-2015” birgə təlimləri Baqramyan poliqonunda keçiriləcək. Təlimlər zamanı danışıqların aparılmasına, humanitar yüklərin müşayiət olunmasına, patrul, nəzarət- buraxılış və müşahidə məntəqələrində xidmət, qanunsuz silahlı birləşmələrin neytrallaşdırılmasına dair tədbirlərin hazırlanması planlaşdırılır.

Öz növbəsində hərbi ekspertlər ehtimal edirlər ki, bu cür tədbirlər Suriyaya əlavə hərbi qüvvələrin göndərilməsinə hazırlıq ilə bağlı ola bilər.

.

www.contact.az

.

Maybe you are interested in:

Rusiya Ermənistana hərbi vertolyotlar çıxarıb

Xəzərdə İran-Rusiya təlimatları

Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

NATO İPAP çərçivəsində Azərbaycanla əməkdaşlığın 4-cü mərhələsini təsdiq edib

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz