Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Konqresində Azərbaycanla Ermənistana maliyyə yardımına dair dinləmələr keçirilib

 

Martın 25-də Vaşinqtonda ABŞ Konqresinin dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə altkomitəsində Konqres üzvü Kay Grangerin sədrliyi altında dinləmələr keçirilib. Dinləmələrdə ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatlar komitəni öz fəaliyyətləri barədə məlumatlandırıb və hesabatlarını təqdim ediblər.

"Amerikanın səsi”nin məlumatına görə, ifadə verənlərin sırasında Save the Children, İnternews və UNİCEF kimi təşkilatlar yer alıblar. Bundan əlavə, Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni, Amerika-Ermənistan Milli Komitəsinin hökümət məsələləri üzrə direktoru Keyt Nahapetyan, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsi heyətinin üzvü Bədir Məmmədli çıxış ediblər.

B. Arduni Türkiyə və Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi sərhəd blokadasına görə Ermənistanın iqtisadi ziyana uğradığını və bunun öhdəsindən gəlmək üçün ABŞ hökümətindən 40 milyon dollarlıq yardım istəyib. Bundan əlavə, Arduni Azərbaycan-Ermənistan sülh danışıqlarında Dağlıq Qarabağın da iştirakının bərpa edilməsini təklif edib. Daha sonra çıxış edən Keyt Nahapetyan ABŞ-Ermənistan münasibətlərindən, son iki ildə baş verən atəşkəs pozuntularından danışıb və ABŞ-ın Azərbaycana hərbi dəstəyi dayandırmasını vurğulayıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsi adından çıxış edən B. Məmmədli xanım Grangeri ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı yardımında balanssızlıq və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. O həmçinin bildirib ki, ABŞ Ermənistana hərbi yardım göndərməklə həm də Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa dəstək verir. B. Məmmədli ABŞ-ın Ermənistana maliyyə yardımının Ermənistanın Dağlıq Qarabağın işğalını möhkəmləndirməyinə kömək etdiyi üçün bu yardımın dayandırılmasının zəruriliyini vurğulayıb.

.

contact.az

.

Maybe you are interested in:

Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır

Azərbaycan G20 sammitinə hazırlıq görüşündə iştirak edəcək

UNICEF-in regional direktoru Bakıya gəlir

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

ABŞ Konqresində Azərbaycanda insan haqqlarına dair dinləmələr keçiriləcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz