Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

 

Əgər insan hüquqları, demokratiya və vətəndaş cəmiyyəti sahəsində dialoq üzrə Amerika-Azərbaycan komissiyası yaradılarsa bu, Azərbaycan əleyhinə informasiya yayan bəzi ABŞ təşkilatlarının məlumatlarının yalan olduğunu üzı çıxarar. Bunu Turan-a hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov deyib.

O, komissiyanın gələcək funksiyasını belə görür. Bu komissiya barədə fikri ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ötən gün Bakıda söyləyib.

S.Novruzovun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən Human Rights Wаtch, Frеedom House   və digər belə təşkilatlar Azərbaycan haqda yalan məlumatlar yayırlar.

"Bu təşkilatların rəhbərliklərində erməni əsilli adamlar çoxdur. Onlar erməni lobbisinin dəstəyilə Konqres və Senatda Azərbaycan haqqında mənfi fikirlər formalaşdırırlar. Bütün bunlar Amerikanın maraqlarına ziddir və bu komissiya Azərbaycan haqda həqiqətləri yayaraq bu cür halların qarşısını almalıdır”, - S.Novruzov qeyd edib.

Öz növbəsində Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə bildirib ki, bu cür işçi qrupu artıq yaradılıb və Avropa Şurası ilə işləyir.

"Qrupa hökumət, parlament, QHT və hüquq-müdafiə təşkilatlarının nümayəndələri daxildir. Avropa Şurası və Avropa Parlamenti ilə bu cür əməkdaşlıq var və ABŞ ilə də belə qrupun fəaliyyətini normal hesab edirəm”, - A.Mollazadə vurğulayıb.

O, Nulandın qeyd etdiyi kimi, vətəndaş cəmiyyəti, demokratiya, insan hüquqları, media azadlığı məsələləri üzrə dialoqa inanır.

"İnanıram ki, bu qrup Amerika-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcək. Demokratiya və insan hüquqları sahəsində əməkdaşlığa ehtiyac var və bu, mümkündür”, - A.Mollazadə qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Amerika-Azərbaycan İnsan Hüquqları Komissiyası ilə bağlı vəziyyət aydın deyil

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Ərəstun Oruclu: Amerika-Azərbaycan işçi qrupunun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz