Federal lәzgi
milli-mәdәni muxtariyyәti

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

 

"ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səfəri ərzində bir sıra, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib”.

Bunu Amerikanın Azərbaycandakı səfiri R.Sekuta "Amerikanın Səsi”nin sualına cavabında deyib.

Onun sözlərinə görə, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb: "Bunlar demokratiya və vətəndaş cəmiyyəti,  iqtisadiyyat və enerji, sonuncusu isə təhlükəsizlikdir. Xanım Nuland Vaşinqtona qayıtdıqdan sonra xüsusilə  demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barəsində  işlər  aparılmağa başlanılıb. Yəni hazırda biz öz fikirlərimizi Azərbaycan tərəfinə təqdim edəcəyik və qarşı tərəfin fikirlərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, burada Azərbaycanın vətəndaş cəmiyyətinin fikirləri öyrənilməli və  onlarla da birlikdə iş aparılmalıdır”.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanlı girovların qaytarılmaması məsələsini şərh edib: "Mən çıxışlarımda dəfələrlə bəyan etmişəm ki, durğunluq vəziyyətindən çıxış imkanı əldə etmək, irəliyə doğru addım atmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində humanitar jest nümayiş etdirmək baxımından fürsət yaranıb”, deyə səfir qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

Robert Sekuta: “Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiyadır”

Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz