Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Robert Sekuta: “Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiyadır”

 

"ABŞ-ın bir sıra ölkələrlə terrorizmlə birgə mübarizə aparmaq təcrübəsi var”, - ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin suallarının cavabında deyib. 

Səfir bildirib ki, Birləşmiş Ştatlarda baş vermiş məlum 11 sentyabr hadisələrindən dərhal sonra mərhum prezident Heydər Əliyev ABŞ-a terrorizmlə mübarizə üzrə əməkdaşlıq təklif edii və o zamandan Azərbaycanla ABŞ bu cəbhədə birgə, çiyin-çiyinə mübarizə aparırlar.

"Ümumilikdə,  belə qiymətləndirmə apara bilərəm ki, ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı çox uğurludur. Bildiyiniz kimi,  Antalyada G20 tədbiri keçirilib və oraya  prezident İlham Əliyev də dəvət olunub. Tədbirin əsas diqqət çəkdiyi mövzulardan biri də terrorizm, onun səbəbləri və ona qarşı mübarizədir. Burada istər ona qarşı hərbi gücdən və digər güc vasitələrdən istifadə olunması, istərsə də onu doğuran səbəblər və insanların terrorizmə bir həll yolu kimi baxması və terrorizmə cəlb olunmanın qarşısının alınması da ətraflı şəkildə müzakirə olunub”, - R.Sekuta qeyd edib.

O,  Turan-ın sualının cavabında deyib ki, ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlər olur və gözlənilir.

"Buna missal kimi ötən həftə Hərbi Dəniz Qüvvələri komandanının Azərbaycana səfərini, president Əliyev və müdafiə naziri ilə görüşünü qeyd edə bilərəm. Gәlәn hәftә isə ABŞ-dan olan ticarәt missiyasının vә yüksәk vәzifәli şәxslәrin Azәrbaycana sәfәri gözlәnilir. Hansı nümayәndә heyәtinin gәlmәsindәn asılı olmayaraq iki ölkә arasında ümumi әlaqәlәrә toxunurlar. Bәzәn xüsusi sahәlәrә dә diqqәt ayrılır. Deyək ki, iqtisadi, ticarət. təhlükəsizlik məsələlər”, - o vurğulayıb.

Səfir deyib ki, kimin Azərbaycana gәlmәsindәn asılı olmayaraq iki ölkәlәrin әmәkdaşlıq etdiyu 3 әsas sahә - insan haqları və  demokratiya, tәhlükәsizlik, iqtisadiyyat sahәsindә müzakirәlәr aparılır. 

"Biz müxtəlif şəxslərin və nümayəndə heyətlərinin gəlişi zamanı ölkələrimiz arasında bütün sahələr üzrə irəliləyişin əldə olunmasına çalışırıq. Bu istiqamətdə söhbətlət aparıb, addımlar atırıq. Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiya sahəsidir ki, bu da daim diqqətdə saxlanılır”, - R. Sekuta dövlət katibinin müavini Viktoriya Nulandın ötən il Azərbaycana səfəri zamanı demokratiya və insan haqları sahəsində birgə hökumətlərarası komissiyanın yaradılması ilə barədə əldə edilmiş razılığın nə vaxt reallaşdırılacağı ilə bağlı Turan-ın sualının cavabında bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

Robert Sekuta: “Bu, dondurulmuş münaqişə deyil”

Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub

ABŞ səfiri: “Hazırda birgə komissiyanın yaradılmasının dəqiq vaxtı barədə danışıqlar aparırıq”

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Əli Həsənov Vaşinqtonla münasibətlərdə gərginlik müşahidə etməyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz