Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ səfiri: “Hazırda birgə komissiyanın yaradılmasının dəqiq vaxtı barədə danışıqlar aparırıq”

 

İyunun 2-də ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirlikləri XXII Azərbaycan Beynəlxalq "Xəzər Neft və Qaz 2015” ("Caspian Oil and Gas 2015”) sərgi-konfransının açılışı münasibətilə qəbul təşkil ediblər. Qəbulda London şəhərinin Lord meri Alderman Alan Yarrou, ABŞ səfiri Robert Sekuta və Böyük Britaniyanın səfiri İrfan Siddiq salamlama nitqi söyləyiblər.

ABŞ səfiri R. Sekuta deyib ki, Azərbaycan enerji təchizatında mühüm rol oynamaqla yanaşı regionun, Avropanın və dünyadakı insanların rifahının yaxşılaşdırılmasına kömək edir.

"Son hadisələr enerji təhlükəsizliyinin əhəmiyyətini və hökumətlərin bundan əmin olmadığını xatırladır. Biz regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla əməkdaşlıq edirik. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan yüz ildən çox etibarlı enerji istehsalçısı və təchizatçısı kimi mühüm rolunu dəfələrlə nümayiş etdirib. Azərbaycanın enerji inkişafının növbəti mərhələsinə töhfə vermək naminə Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla əməkdaşlıqdan məmnunam”, - səfir Sekuta qeyd edib.

London meri Alderman Alan Yarrou Azərbaycanın Avropa Oyunlarını uğurla keçirəcəyinə inanır.

O, vaxtilə neftin qiyməti 38 dollaradək enəndə Yaxın Şərqin altı ölkəsində səfərdə olduğunu və neftin ölkələr üçün çox pis bir amil olduğunu eşitdiyini diqqətə çatdırıb.

"Bu ölkələrin hər birində şahid olduğum amil ondan ibarət idi ki, onlar karbohidrogen resurslarından asılılığını qurtarmamışdılar və ölkə iqtisadiyyatını yetərincə şaxələndirməmişdilər. Eyni zamanda biz Azərbaycanın Birləşmiş Krallıqla və digər münasibətlərini də qeyd etməliyik. Bildiyim qədər növbəti iyirmi beş il ərzində ölkənin iqtisadiyyatında əsas hədəf sırf onun şaxələndirilməsidir. Azərbaycan tədricən iqtisadiyyatını inkişaf etdirdikcə, qlobal iqtisadiyyata daha yaxından inteqrasiya etdikcə, ölkədə qanunun aliliyi məsələsinə daha ehtiyatlı yanaşmalıdır. Ölkənin gələcək inkişafı üçün vergi sistemi, qanunların proqnozlaşdırılması baxımından daha dəqiq təsbit olunması əsas şərtdir. Biz iqtisadiyyatın gələcək inkişafında Azərbaycanın yanında olmağa çalışacağıq. Eyni zamanda bu sahədə Azərbaycana öz dəstəyimizi göstərməyə çsalışacağıq”, - o bildirib.

ABŞ səfiri R.Sekuta jurnalistlərə bildirib ki, ABŞ Azərbaycanla iqtisadiyatın inkişafı və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edir.

"Prezident bu gün çıxışında bu sahələrə toxundu. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanı sabit, çiçəklənən, inkişaf edən, demokratik bir ölkəyə çevirməkdir”, - səfir qeyd edib.

O, Avropa Oyunları ilə bağlı sualın cavabında deyib ki, yarışlardan əvvəl çox genişmiqyaslı tikinti-abadlıq işləri görülüb.

"Biz ölkə olaraq idmanı müxtəlif insanları, müxtəlif xalqları bir araya gətirmək, onlar arasında yoldaşlıq mühiti yaratmaq baxımından təqdir edirik. Hökumətimiz adından, şəxsən öz adımdan bütün idmançılara, bütün iştirakçılara, o cümlədən Azərbaycan idmançılarına uğurlar arzulayıram”, - səfir vurğulayıb.

Səfir Sekuta Turan-ın "İlk dəfə olaraq ABŞ prezidentinin neft-qaz sərgisinə təbrikini eşitmədik və bu ölkələr arasında gərginlikdən xəbər vermirmi?” sualının cavabında deyib ki, ikii ölkə arasında 20 ildən artıqdır münasibət var: "Bizim ölkəmiz 20 ildən artıqdır ki, Azərbaycana neft və indi də qaz resurslarının hasilatında, nəqlində köməklik göstərir. Burada söhbət kəmərlərin çəkilməsi, onların istehlakçılara çatdırılmasından gedir. Biz bu sahədə çox sıx əməkdaşlıq edirik və bizim ölkəmiz Azərbaycanın bu işdə oynadığı rolu yüksək qiymətləndirir”.

R. Sekuta Turan-ın demokratiya və insan hüquqları sahəsində iki ölkə arasındakı əlaqələr və dövlət katibinin köməkçisi Viktoriya Nulandın iki ölkə arasında birgə komissiyanın yaradılacağı barədə bəyanatı ilə bağlı suallarına da cavab verib.

"Mən dəfələrlə qeyd etmişəm ki, iki ölkə arasındakı münasibətlər üç eyni əhəmiyyət daşıyan sahəni əhatə edir. Bunlardan demokratiya, insan haqları, təhlükəsizlik və iqtisadiyyatı qeyd edə bilərəm. Fevral ayında xanım Nuland Azərbaycan prezidenti ilə görüşündə insan haqları, demokratiya, vətəndaş cəmiyyətləri ilə bağlı birgə komissiyanın yaradılması barədə fikir mübadiləsi aparıb. Hazırda həmin komissiyanın yaradılmasının dəqiq vaxtı barəsində danışıqlar aparırıq”,- o qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

Robert Sekuta: “Bu, dondurulmuş münaqişə deyil”

Böyük Britaniya səfiri XİN-ə çağırılıb

İrfan Siddiq: Britaniyalı jurnalistlərin Avropa Oyunlarına buraxılmaması biabırçı haldır

ABŞ səfiri təhsil naziri ilə görüşüb

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz