Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İrfan Siddiq: Britaniyalı jurnalistlərin Avropa Oyunlarına buraxılmaması biabırçı haldır

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Turan agentliyinin bir sıra Britaniya KİV nümayəndələrinin Azərbaycana səfərinin qadağan edilməsini şərh etmək xahişinə cavabda aşağıdakıları bildirib:

"Mən cümə günü Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Elvudla birlikdə açılış mərasimində iştirak etdim. Mərasim təsirli idi. Ən çox səhnənin canlanması, ot çıxması və su axması xoşuma gəldi.

Oyunlarda Böyük Britaniya komandasını bilavasitə salamlamaq imkanı da əsl həzz idi. Bu, bütün dünyada insanların izləyə biləcəyi bir şou idi.

Təəssüf ki, bəzi Britaniya jurnalistləri oyunları işıqlandırmaq üçün akkreditasiya almayıblar. Bəzi jurnalistlərin bu hadisənin bir hissəsi olmaq imkanından məhrum edilməsi biabırçılıqdır. Bütün bunların Azərbaycan üçün təəssüf doğuran yekunu olub. Jurnalistlərin buraxılmasından imtinanın niyyəti mənfi qiymətləndirmələrdən qaçmaq cəhdi idisə, nəticə tam zidd olub və bir çox mənfi materialların ortaya çıxmasına səbəb olub. Müxtəlif nöqteyi-nəzərlərin qəbul olunması güclü demokratiyanın ən mühüm cəhətlərindən biridir.

Azərbaycanın bütün KİV-ə və digər maraqlı tərəflərə Avropa Oyunlarında iştirak etmək və Oyunları müşahidə etmək üçün çıxış yaratması, bu tədbir haqqında öz fikirlərini sərbəst şəkildə bildirmək imkanı yaratması əhəmiyyətlidir”.

.

contact.az

.

Maybe you are interested in:

Böyük Britaniya səfiri XİN-ə çağırılıb

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan hakimiyyətini ifadə və birləşmək azadlığını təmin etməyə çağırır

AZAL Avropa Oyunlarında akkreditasiya olunanlara 50 faiz güzəşt edir

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

BP azərbaycanlı siyasi məhbusların müdafiəsinə qalxacaqmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz