Federal lәzgi
milli-mәdәni muxtariyyәti

BMT-nin insan hüquqları idarəsi yenidən Azərbaycan hakimiyyətini ifadə və birləşmək azadlığını təmin etməyə çağırır

 

Hüquq müdfiəçilərinin, jurnalistlərin və tənqidçilərin getdikcə daha çox azadlıqdan məhrum edildiyi Azərbaycanda "demokratik məkanın daralması” ilə bağlı narahatlığını ifadə edən BMT-nin insan hüquqları ofisi Bakını ölkədə ifadə və birləşmək azadlıqlarının təmin edilməsi üzrə səyləri fəallaşdırmağa çağırıb, bu barədə BMT-nin mətbuat mərkəzinin məlumatında deyilir.

"Bu hadisələr Azərbaycanda demokratik məkanın daralmasına dəlalət edir, bir çox vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və hüquqşünaslar repressiyalardan və ya işləri üçün hüquqi və inzibati maneələrdən ehtiyatlanır”, deyə BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Cenevrədə ötən həftə keçirilən brifinqdə bildirib.

O əlavə edib ki, bəzi KİV-lərin bağlanması və bəzi jurnalistlərin və beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələrinin Avropa Oyunları ərəfəsində Bakıya daxil olmasının qadağan edilməsi "bu böyük problemin simptomlarından olub”.

Bununla əlaqədar olaraq, insan hüquqları üzrə Ali Komissar Zeyd Raad əl-Hüseyn hakimiyyətlə səhhətində ciddi problemlər olan və humanitar nöqteyi-nəzərdən azad edilməli olan şəxslərin taleyi ilə bağlı söhbət edib.

BMT nümayəndəsi həmçinin hüquqlarının həyata keçirilməsinə görə həbs edilmiş digər şəxslərin azad edilməsi məsələsini qaldırıb.

"Vətəndaş cəmiyyətinin təşkili ilə bağlı qanunverici və inzibati tələbləri yumşaltmaq zərurəti var”, deyən Kolvill əlavə edib ki, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) insan hüquqları sahəsində daxili vəziyyətə nəzarət etmək, repressiyalardan qorxmayaraq, habelə hüquq müdfiə mexanizmləri ilə əməkdaşlıq etmək imkanı olmalıdır.

Azərbaycan hökumətini israrla bu prosesləri təmin etməyə və müttəhimlərin hüquqlarının pozulmasına son qoymağa çağıran BMT müstəqil və hesabatlı məhkəmənin və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə tam hörmət edilməsinin təmin edilməsi zərurətini vurğulayır.

Sosial və iqtisadi məsələlərdə və Azərbaycanda köçkünlərlə iş üzrə əldə edilmiş irəliləyişi alqışlayan BMT insan hüquqları ofisi həmçinin hakimiyyəti "qanunun aliliyinə hörmətin təmin edilməsinə də eyni diqqəti göstərməyə və insanların fərqli baxış ifadə etdiklərinə görə azadlıqdanməhrum edildiyi bütün hallara təcili olaraq yenidən baxmağa” çağırıb. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Avropa Şurasının baş katibi Azərbaycan üzrə araşdırmaya başlayır

Ann Brasserin İlham Əliyevə çağırışı

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz