BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad al-Hüseyn çərşənbə axşamı Azərbaycanda vətəndaş cəmiyyətinə davam edən təzyiqi pisləyib.
"Dəfələrlə dövlət hakimiyyətinin ali orqanlarına, o cümlədən ölkə prezidentinə jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı dövlət orqanları tərəfindən hədsiz təzyiq, təqib və qorxutma ilə bağlı çağırışlarıma baxmayaraq, bu cür faktlar davam edir”, deyə Zeyd bildirib.
"Mən Azərbaycan hökumətini ifadə, birləşmək və ya dinc toplaşmaq habelə digər hüquqlarını müdafiə azadlığı hüquqlarına görə azadlıqdan məhrum edilmiş şəxsləri dərhal azad etməyə çağırıram”, deyə o əlavə edib.
2015-ci il sentyabrın 1-də Bakıda jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova 7,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə beynəlxalq standartlara uyğun olmayıb.
Prokurorluq İsmayılovanı peşə fəaliyyətinə görə təqib edib.
İsmayılova Azərbaycanda insan hüquqları pozuntuları və korrupsiya haqqında məruzələrin müəllifidir.
"İsmayılova ölkədə müstəqil səslərin pozulmasının son nümunəsidir. Azərbaycan hakimiyyəti artıq bir sıra digər jurnalistləri, hüquq müdafiəçilərini və fəalları, o cümlədən Leyla və Arif Yunusu, İntiqam Əliyevi, Anar Məmmədlini və Rəsul Cəfərovu müxtəlif şübhəli ittihamlarla həbs edib”, deyə Zeyd bildirib.
BMT-nin insan hüquqları üzrə idarəsi bu məhbuslardan bəzilərinin vəziyyətinin zəif olduğu və səhhətinin pisləşdiyi haqqında narahatedici məlumatlar alıb. "Azərbaycan hakimiyyətini ağır xəstə olan məhbusları humanitar məqsədlərlə təcili azad etməyə çağırıram”, deyə Zeyd qeyd edib.
Zeyd həmçinin hökuməti bu yaxınlarda qəbul edilmiş QHT-lərin və bütünlükdə vətəndaş cəmiyyətinin fəaliyyətini və maliyyələşdirilməsini məhdudlaşdıran qanunvericilik düzəlişlərini ləğv etməyə çağırıb.
.
Maybe you are interested in:
ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir
Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb