Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb

 

Həbsdə olan jurnalist Xədicə İsmayılova Elison De Forj adına nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Mükafat insan hüquqları sahəsində böyük xidmətlərə görə verilir, Human Rights Watch bildirib.

Təşkilatın məlumatında deyilir ki, X.İsmayılova hakim ailə üzvlərinin və dövlət məmurlarının korrupsiya və digər cinayətləri ilə bağlı ciddi araşdırmalar aparıb.

"Xədicə İsmayılova inadla həqiqət və ədalət axtarışındadır. Onun cəsarəti başqaları üçün də ilham mənbəyinə çevrilib”, - HRW-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqiya bildirib.

Elison de Forj mükafatı öz rufahı və həyatı bahasına başqalarının hüquq və ləyaqətini qoruyan insanlara verilir.

HRW zorakılıq, ayrı-seçkilik və təqiblərə qarşı mübarizə aparmaqdan ötrü bu cür cəsarətli fəallarla əməkdaşlıq edir.

Son iki ildə Azərbaycan hakimiyyəti bir çox aparıcı hüquq müdafiəçisi, jurnalist, bloger və siyasi fəalı hbs edib.

İyunda BMT İnsan Hüquqları Şurasının iclasında 25 ölkə birgə bəyanat qəbul edərək "Azərbaycanda tənqidi səslərin sistematik olaraq susdurulmasını” pisləyiblər və BMT ali komissarını "hökuməti tənqid edənləri dərhal və şərtsiz azad etməyə” çağırmağa səsləyiblər.

BMT insan hüquqları komissarı Zeyd Raad Əl-Hüseyn Azərbaycanda repressiyaları pisləyərək hökuməti tənqid edənlərin azadlığa  buraxılmasına çağırıb.

.

www.contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

HRW: Azərbaycan Avropa Şurasında səs hüququndan məhrum edilməlidir

Xədicə İsmayılova “Azadlıq” qəzetinə maddi yardım göstərəcək

Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz