Xədicə İsmayılova “Azadlıq” qəzetinə maddi yardım göstərəcək
Həbsdə olan jurnalist Xədicə İsmayılova hakimiyyətin təzyiqlərinə görə ciddi maddi problemlə üzləşən "Azadlıq” qəzetinə maddi yardım etmək niyyətindədir.
Jurnalistin yaxınları Meydan TV -yə bildiriblər ki, maddi sıxıntı səbəbindən qəzetin bağlana biləcəyindən narahat olan Xədicə həbsxanada topladığı pulla "Azadlıq”a yardım etmək istəyir.
Bundan öncə digər siyasi məhbus, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da analoji təşəbbüslə çıxış edib.
Xatırladaq ki, jurnalist ötən il dekabrın 5-də uydurma ittihamla həbs edilib. O, "vicdan məhbusu” kimi tanınıb. Beynəlxalq birlik və demokratik ictimaiyyət əmindir ki, o, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını araşdırdığı üçün cəzalandırılıb.
Ölkənin aparıcı qəzeti olan "Azadlıq” da eyni səbəblərdən hakimiyyətin təzyiqlərinə məruz qalıb. Hakimiyyət qəzetə reklam verilməsinin qarşısını alır, satılan nüsxələrə görə ödənişlərə əngəl törədir. Hazırda dövlət orqanlarının borcu 70 min manatı ötüb, lakin redaksiya bir neçə ildir ki, bu vəsaiti ala bilmir.
.
Maybe you are interested in:
Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!
“Azadlıq” qəzetinin çapı dayandırılır