Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

 

Avropada təhlükəsizlik və əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) dekabrın 16-da "Azərbaycanda "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın təqib edilməsi” mövzusunda dinləmələr keçirəcək. Komissiyanın bununla bağlı bəyanatında deyilir ki, 2014-cü ilin dekabrında Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist Xədicə İsmayılovanı saxta ittihamla həbs edib, sonra ABŞ-ın Azad Avropa/Azadlıq Radiosunun maliyyələşdirdiyi ofisə basqın edib.

Çoxsaylı pozuntular səbəbindən beynəlxalq birlik tərəfindən kəskin pislənilən  uzun məhkəmə prosesindən sonra sentyabrda X.İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 25-də onun apellyasiya şikayəti təmin edilməyib, "Azadlıq” radiosunun Bakı bürosu isə bağlanıb.

Helsinki Komissiyasının rəhbəri Kris Smit qeyd edib ki, X.İsmayılovanın barəsində hökm Azərbaycan hökumətindəki korrupsiya faktlarını ifşa etdiyinə görə cəzadır. Dinləmələr aşağıdakı məsələyə aid olacaq: ABŞ hökuməti "Azadlıq” radiosunun Bakı bürosunun işinin bərpa olunması üçün mümkün olan hər şeyi edibmi?

Debatlarda Nenad Peçic ("Azadlıq” radiosunun vitse-prezidenti və baş redaktoru), Delfina Aqland (ABŞ "Sərhədsiz reportyorlar” ofisinin rəhbəri), T.Kumar (Amnesty International Departamentinin rəhbəri), Şelli Han (ATƏT) çıxış edəcəklər. 

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

Xədicə İsmayılovanın şikayəti icraata götürülüb

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Amnesty İnternational Xədicə İsmayılovanı vicdan məhbusu kimi tanıyıb

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz