Amnesty İnternational Xədicə İsmayılovanı vicdan məhbusu kimi tanıyıb
Amnesty İnternational hüquq müdafiə təşkilatı "Azadlıq” radiosunun həbs edilmiş icmalçısı Xədicə İsmayılovanı vicdan məhbusu kimi tanıyıb.
Təşkilatın bəyanatında deyilir ki, İsmayılova siyasi motivlərlə həbs edilib və Amnesty İnternational bütün vətəndaşları Azərbaycan hakimiyyətinə İsmayılovanın dərhal və qeyd şərtsiz azad edilməsi tələbi ilə müraciət yazmağa çağırıb.
Təşkilat bir daha ölkə hakimiyyətindən beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığını təmin etməyi tələb edir və Bakını vəkil Xalid Bağırovun İsmayılovanın müdafiəsindən uzaqlaşdırılmasına görə tənqid edir.
Amnesty İnternational-ın məlumatına görə, Azərbaycanda 23 vicdan məhbusu var.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Şərh əlavə edin