Xədicə İsmayılovanın şikayəti icraata götürülüb
Araşdırmaçı-jurnalist, "Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılovanın 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilən kassasiya şikayəti icraata götürülüb.
Jurnalistin vəkillərindən Yalçın İmanov şikayətə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrlik edəcəyi məhkəmə heyətinin baxacağını söyləyib. Amma məhkəmənin vaxtı hələ dəqiqləşməyib.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.
"Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı "vicdan məhbusu” elan edib.
.
Maybe you are interested in: