Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Azadlıq” qəzetinin çapı dayandırılır

 

Fevralın 18-də "Azadlıq” qəzeti çap olunmaya bilər.

Qəzetin yaydığı məlumatda görə, Azərbaycan Nəşriyyatının rəhbərliyi "Azadlıq” qəzetinə göndərdiyi məktubda qəzetin 2016-cı ilin fevralın 1-nə qədər çap xərclərinə görə nəşriyyata olan borcu 18342 manat təşkil etdiyi bildirilir. Bununla yanaşı, qəzetin kommunal xərclər üzrə borcu 1064 manatdır.

Məktubda daha sonra xəbərdarlıq edilir ki, borcların ödənilməyəcəyi təqdirdə fevralın 18-dən etibarən "Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.

"Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Nəşriyyat rəhbərliyinin bu tələbilə bağlı bildirib ki, belə bir vəziyyət redaksiyanın iradəsindən asılı olmadan yaranıb.

"Qasid” mətbuat yayım firması "Azadlıq” qəzetinə olan 69000 manat borcunu ödəməkdən imtina edir. Bu yandan da ikinci devalvasiyadan sonra kağız pulu və çap xərci kəskin bahalaşıb. Başqa bir ciddi problem reklam bazarının üzümüzə bağlı olmasıdır. Bütün bunların nəticəsində redaksiya ağır maliyyə böhranı şəraitində fəaliyyət göstərir”.

Rahim Hacıyev qeyd edib ki, redaksiya ağır maddi çətinlikdədir və kollektiv hazırda simvolik maaşla fəaliyyətini davam etdirir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!

Tbilisidə Azərbaycanda həbsdə olan jurnalistlərə azadlıq tələb edilib

Xədicə İsmayılova “Azadlıq” qəzetinə maddi yardım göstərəcək

"Hakimiyyət “Azadlıq”ı susdurmaq üçün ciddi addımlar atır"

Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz