Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!

 

Həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılova "Azadlıq” qəzetinin nəşriyyata olan borcu ilə əlaqədar bağlanması təhlükəsi ilə əlaqədar ictimaiyyətə müraciət edib. Jurnalistin bəyanatı onun Facebook səhifəsində yerləşdirilib.

""Azadlıq” qəzeti həbsdə mənim yeganə məlumat mənbəyimdir. O, mənə hava və su kimi lazımdır. Ümid edirəm ki, onun buraxılışı dayandırılmayacaq. Gəlin əlimizdən gələni edərək kömək edək”, deyə İsmayılovanın bəyanatında bildirilir.

"Azərbaycan” nəşriyyatı borclarla əlaqədar "Azadlıq” qəzetinin nəşrini dayandırmaqla hədələyir. Öz növbəsində, redaksiya "Qasid” dövlət mətbuat yayımı firmasından öz pulunu ala bilmir.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib və sonradan iqtisadi cinayətlər törətmək ittihamı ilə 7,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Lakin jurnalist siyasi məhbus elan edilib. O, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiyanı araşdırdığına görə təqib olunur. 

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın şikayəti icraata götürülüb

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Xədicə İsmayılova “Azadlıq” qəzetinə maddi yardım göstərəcək

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Xədicə İsmayılova: “Mənə qarşı ittihamlar çirkin piardır”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz