Xədicə İsmayılovaya xəbərdarlıq edilib
Həbs edilmiş araşdırmaçı jurnalist Xədicə İsmayılovaya saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında KİV-də çıxışı ilə əlaqədar xəbərdarlıq olunub.
Onun vəkili Fariz Namazlının Turan-a verdiyi məlumata görə, söhbət İsmayılovanın "Yeni il təbrikləri” adlı müraciətindən gedir.
Bu məqalənin KİV-də yayılması İT rəhbərliyinin narahatlığına səbəb olub və İsmayılovadan izahat alınıb. "Jurnalist belə bir izahat alınmasının qanuniliyindən şübhələndiyini bildirib və məqalənin məzmununu "telepatiya yolu ilə” çatdırdığını deyib.
Bundan sonra İT rəhbərliyi onun saxlanıldığı kameraya gələrək, ona rəsmi xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, jurnalist İT rəhbərliyinə "qeyri-qanuni tələblər” irəli sürüb”, deyə vəkil bildirib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Xədicə İsmayılova CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddin çatdırdığı Tural Mustafayevin bəyanatı əsasında həbs edilib. Xədicə İsmayılova ittihamları təkzib edir və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.
.
Maybe you are interested in:
Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb