Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Apellyasya Məhkəməsi Xədicə İsmayılovanı həbsdə saxladı

 

Bakı Apellyasiya Məhkəməsi qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edən jurnalist Xədicə İsmayılovanın şikayətini təmin etməyib.

Dekabrın 26-da Səbail rayon məhkəməsi İsmayılovanın həbsdən azad edilməsi və qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətini təmin etməyib. Bu gün Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

* Xədicə İsmayılova CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham olunur. O, guya özünü öldürmə həddinə çatdırdığı Tural Mustafayevin ərizəsi əsasında həbs edilib. Xədicə İsmayılova ittihamı təkzib edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Mustafayev özü sonradan İsmayılovaya qarşı iddiasını geri götürüb, lakin bundan dərhal sonra yoxa çıxıb. Buna qədər o, sosial şəbəkə vasitəsilə onu həbs etmək istədiklərini bildirməyə müvəffəq olub. 

.

contact.az

.

Maybe you are interested in:

Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə karserə salınıb

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz