Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə karserə salınıb

 

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə bir sutkalıq karserə salınıb. Bu barədə Turan-a vəkil Yalçın İmanov bildirib. O, yanvarın 21-də təcridxanada jurnalistə baş çəkib.

Məlum olub ki, ötən cümə axşamı X.İsmayılovanı bir sutkalıq karserə salıblar. Buna onun KİV-də dərc olunan son məqaləsi səbəb olub. Xədicədən bu məqaləni hansı yolla mediaya ötürdüyü soruşulub. O, "telepatik yolla” cavabını verib. Bundan sonra onu karserə salıblar.

Bundan əlavə, onun kamerasında axtarış aparılıb, bütün qeydləri götürülüb.

Vəkil bu hərəkətlərin qanunsuz olduğunu bildirib. Onun sözlərinə görə, dustaqlar cərimə kamerasına yalnız nizam-intizam qaydalarını və asayişi pozduqlarına görə salına bilər.

KİV-də məqalənn yayılması pozuntu deyil. Məhbuslar və mühakimə olunanlar söz və ifadə azadlığı, KİV-də dərc olunmaq hüququna malikdir.

Y.İmanov onun müdafiə edilən şəxslə ünsiyyətinin məxfiliyinin pozulduğunu da qeyd edib, cünki görüş demək olar ki, təcridxana əməkdaşlarının nəzarəti altında keçirilir.

Y.İmanovun sözlərinə görə, buna baxmayaraq, X.İsmayılova ruhdan düşmür.

Xədicə deyib ki, "karser o qədər də qorxulu yer deyil”. Orada olduğu müddətdə bir kitab oxuyub. Onu da qeyd edib ki, "kameradan fərqli olaraq karserin pəncərəsinin arxasında ağac var və bu mənzərəni müşahdə etmək imkanı verildiyinə görə təcridxana rəhbərliyinə "minnərdardır”.

* Xədicə İsmayılova CM-in 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunur.  O, guya ölüm həddinə çatdırdığı Tural Mustafayevin ərizəsi əsasında saxlanılıb.

X.İsmayılova ittihamı rədd edərək bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

T.Mustafayev sonradan X.İsmayılovaya qarşı iddiasından imtina edib və bundan sonra yoxa çıxıb. Bundan əvvəl isə sosial şəbəkələrdə bildirib ki, onu həbs etmək istəyirlər.

.

contact.az

.

Maybe you are interested in:

Penitensiar Xidmət Xədicə İsmayılovanın AİHM-in sənədləri ilə tanış olmasına imkan vermir

AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb

Prokurorluq “Azadlıq radiosu”nun ofisindən avadanlığı və sənədləri müsadirə edir (YENİLƏNİB-FOTO - Video 2)

Leyla Yunus karserə salınıb

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz