Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prokurorluq “Azadlıq radiosu”nun ofisindən avadanlığı və sənədləri müsadirə edir (YENİLƏNİB-FOTO - Video 2)

 

Bu gün "Azadlıq radiosu”nun Bakı Bürosunun ofisində axtarış zamanı prokurorluq işçiləri radiostansiyanın sənədlərini və avadanlığını – server kompüterini, noutbukları, fotoaparatları, videokameraları və yaddaş kartlarını müsadirə edir.

Bundan başqa, seyf açılıb və sənədlər, möhür, blanklar müsadirə edilib. Bu barədə ofisdə olan radio əməkdaşları bildiriblər. Axtarış davam etdirilir.

Beləliklə, stansiyanın əvvəlki rejimdə işi qeyri-mümkün olub. Lakin "Azadlıq” rəhbərliyi yayımı dayandırmaq niyyətində deyil və radionun Praqadakı qərargah-mənzilindən fəaliyyət göstərəcək.

Saat 18-ə olan məlumata görə, radionun ofisi möhürlənib və polisin mühafizəsi altına verilib.

Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, prokurorluğun bu əməlləri tamamilə qanunsuzdur. Müstəntiqlər bunun səbəbini izah etməyiblər və ofisin nə zaman açılacağını bildirməyiblər.

Aparılmış axtarışa gəlincə, axtarış bir neçə QHT-yə qarşı məşhur cinayət işi ilə əlaqədar həyata keçirilib.

Mühasibat sənədləri, əmək müqavilələri, elektron informasiya daşıyıcıları, fleş-kartlar, CD disklər, möhürlər və ştamplar götürülüb.

Həmçinin, radionun əsas serveri və bir çox digər əşyalar müsadirə edilib. 

*   *   *

2014 Dekabr 26 (Cümə) 13:33:59

Baş Prokurorluq "Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarışa münasibətini açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri  Eldar Sultanov Turan-a  bildirib ki, axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Lakin o, bunun hansı cinayət işi olduğunu açıqlamayıb

Güman etmək olar ki, söhbət xarici donorların layihələrinin həyata keçirilməsi zamanı dələduzluq və vergidən yayınmada ittiham olunan onlarla QHT-nin işindən gedir.

"Azadlıq” radiosu əməkdaşlarının məlumatına görə, saat 13:30-da axtarış davam edib. Ofisdə olan müxbirlər otaqların birinə toplanıblar və oradan çıxmalarına icazə verilmir.

*   *   *

2014 Dekabr 26 (Cümə) 12:34:11

Bu gün saat 10.30-da Baş Prokurorluğun əməkdaşları "Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar. Axtarış məhkəmə qərarının əsasında  aparılır. Ofisin daxili telefonları və İnterneti söndürülüb. İşçilərə öz kompüterlərinə yaxınlaşmağa icazə verilmir. 

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri də iştirak edirlər. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda radionun iki əməkdaşının da iştirakına icazə verilib. 

.

contact.az

.

Maybe you are interested in:

AzadlıqRadiosunda axtarışla bağlı radionun hüquqşünaslarının rəyi

ATƏT Azərbaycan hakimiyyətindən AzadlıqRadiosunun işini davam etdirməsinə imkan verilməsini istəyir

İlham Əliyev 87 məhkumu, o cümlədən 10 siyasi məhbusu əvf edib

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq”da axtarışı pislədilər

“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyəti ölkədəki bütün müstəqil səsləri susdurmaq istəyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz