Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AzadlıqRadiosunda axtarışla bağlı radionun hüquqşünaslarının rəyi

 
 
Dekabrın 26-da AzadlıqRadiosunun Bakıdakı ofisində Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin apardığı araşdırma, sənədlərinin müsadirə olunması, və əməkdaşların istintaqa cəlb edilmələri barədə radionun hüquqşünaslarının rəyi:

 

 Əvvəla, AzadlıqRadiosunun Bakı bürosunun ofisində həyata keçirilmiş axtarış və götürmə istintaq hərəkəti qanunsuz və əsassız olub. Belə ki, axtarış və götürməni sanksiyalaşdıran yasamal rayon Məhkəməsinin qərarında bunun bir sıra QHT-lərin, xarici QHT-nın filial və nümayəndəliklərinin fəalliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqəli olduğu qeyd edilsə də, bu cinayət işi ilə radionun ofisində axtarış və götürmənin aparılması arasında hüquqi bağlılığın, istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına hansı töhfəni verəcəyi göstərilməyib.

İkinci qanun pozuntusu, axtarış və götürmədən dərhal sonra heç bir hüquqi əsas gətirilmədən radionun Bakı şəhəri Caspian Plaza biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən ofisinin möhürlənməsidir.  Burda digər bir qanunsuzluq möhürlənmənin hansı müddəti əhatə edəcəyi ilə bağlı istintaq orqanının hər hansı bilgi verməməsidir. Eyni zamanda ofisdə qalmış radionun və jurnalistlərin əmlkanının təhlükəsizliyi üçün məsuliyyətin kimin üzərində qalması da qaranlıq və qeyri-müəyyəndir.

Üçüncüsü, axtarış və götürmədən dərhal sonra radionun Bakı bürosunun əməkdaşları kütləvi şəkildə ifadə vermək üçün istintqa çağırılmış, onların yaşadıqları mənzillər polis nəzarətinə götürülmüş, evlərə və yaşadıqları mənzillərə qanunsuz və kütləvi reydlər həyata keçirilmiş, qanunsuz və əsassız olaraq məcburi gətirilməyə məruz qalmış, jurnalistlərin bəziləri yataq otağından oğurlanaraq ifadə vermək üçün istintaq idarəsinə aparılmış, jurnalistlərin ifadə vermək üçün vəkil müşayiəti məqsədilə professional hüquq xidmətindən istifadəsinə vaxt və zaman tanınmamış, müdafiəçinin iştirakı olmadan qeyri-iş günündə - 28 dekabr 2014-cü il tarixdə, bazar günündə zorakılıqla ifadələri alınıb.

Dördüncüsü,  AR Baş prokurorunun müavini Rüstəm Usubovun 28 dekabr 2014-cü il tarixli qərarı ilə vəkil Yalçın İmanov radionun müdafiəsi işindən uzaqlaşdırılmış, şahid qismində dindirilmiş, bununla da, AzadlıqRadiosunun Bakı bürosu və onun büronun jurnalist əməkdaşları müdafiəsiz qalıb.

.

contact.az

.

Maybe you are interested in:

Konqresmen Engel Azadliq Radiosuna hucum hagda

ATƏT Azərbaycan hakimiyyətindən AzadlıqRadiosunun işini davam etdirməsinə imkan verilməsini istəyir

Prokurorluq “Azadlıq radiosu”nun ofisindən avadanlığı və sənədləri müsadirə edir (YENİLƏNİB-FOTO - Video 2)

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq”da axtarışı pislədilər

“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz