“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması
"Biz mətbuatda Azadlıq radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq”. Bunu Turana corğusuna cavab olaraq ABŞ səfrilyi bildirib.
"Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil. Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmilərdən qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Biz ümidvariq kı, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar”-deyə səfirliyin açılamasında qeyd edilir.
.
Maybe you are interested in: