Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Azadlıq” radiosu Con Kerri ilə İlham Əliyevin telefon danışığından sonra bağlanıb

 

ABŞ Dövlət Departamenti "Azadlıq” riosunun Bakı Bürosunun bağlanmasına və əməkdaşlarına basqılarla bağlı rəsmi münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Jeff Ratke Vaşınqtonda keçirilən brifinqdə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı hücümları  tənqid edib.

"Biz Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatıq. Dövlət katibi dekabrın 21-də prezident Əliyevlə telefon danışığında bu məsələni qaldırıb. O zamandan bəri AzadlıqRadiosunun ofisinin bağlanmasının, radionun mülklərinin müsadirəsinin, əməkdaşların qeyri-müəyyən ittihamlarla yerli hüquq-mühafizə orqanları tərəfindən evlərindən zorla çıxarılaraq sorğu-sual üçün aparılmasının şahidi olmuşuq. Müqavilə əsasında çalışanlar və AzadlıqRadiosu ilə bilavasitə əlaqəsi olanlar rəsmilər tərəfindən dindirilib. Bu addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur. Biz yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqlarını qorumaq üçün ATƏT və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Bu kontekstdə prezident Əliyevin bu gün imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyi hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”.

.

contact.az

.

Maybe you are interested in:

Dövlət Departamenti Kerri –Əliyev görüşü barədə

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması

Con Kerri keçmiş SSRİ-nin vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz