Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Con Kerri keçmiş SSRİ-nin vətəndaş cəmiyyətinə dəstək ifadə edib

 

Dekabrın 5-də ABŞ dövlət katibi Con Kerri bir sıra ölkələrin Bazelə QHT nümayəndələrinin konfransına gələn vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

ATƏT-in mətbuat xidmətinin məlumatında deyilir ki, Kerri fəallarla həmrəyliyini bildirib və qeyd edib ki, müstəqil vətəndaş cəmiyyəti təşkilatları "insan ləyaqətinin və azadlığının müdafiəsi və təşviqi üçün mütləq şərtdir”.

Fəallardan hər birinin Dövlət Katibi Kerri ilə onlarda narahatlıq doğuran konkret məsələləri, habelə öz ölkələrində hadisələrin gedişatını daha geniş kontekstdə müzakirə etmək imkanına malik olub. ABŞ dövlət katibi ABŞ və digər ATƏT üzvlərinin insan hüquqları və demokratiyanın inkişafı sahəsində irəliləyiş üçün həm ikitərəfli diplomatik səylər vasitəsilə, həm də ATƏT çərçivəsində nə edə biləcəyi ilə bağlı tövsiyələri ilə maraqlanıb.

ABŞ dövlət katibi Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Türkmənistan fəallarını inandırıb ki, ABŞ bundan sonra da vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərlə, o cümlədən qadağaedici qanunlar və QHT və müstəqil KİV-in fəaliyyətini çətinləşdirən təcrübə ilə bağlı, habelə hüquq müdafiəçilərinin və jurnalistlərin "xarici casus” kimi yalan ittihamlarla təqibi ilə bağlı narahatlığını bildirəcək”.

.

contact.az

.

Maybe you are interested in:

Dövlət Departamenti Kerri –Əliyev görüşü barədə

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

Con Kerri Arif Yunusun həbsdən azad edilməsini alqışlayır və digər siyasi mməhbusların azad edilməısini gözləyir

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

“Azadlıq” radiosu Con Kerri ilə İlham Əliyevin telefon danışığından sonra bağlanıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz