Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dövlət Departamenti Kerri –Əliyev görüşü barədə

 

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi çərşənbə günü dövlət katibi Kerri və prezident İlham Əliyevin görüşünün yekunları ilə bağlı mətbuata açıqlama verib.

Məlumatda deyilir ki, Kerri Avropanın enerji təhlükəsizliyində və "Cənub” qaz dəhlizinin reallaşmasında Azərbaycanın rolunu qeyd edib, ölkənin regional ticarət qovşağına çevrilməsi üzrə səyləri dəstəklədiyini bildirib.

Kerri NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasına töhfəsinə və terrorizmə qarşı mübarizədə roluna görə İ.Əliyevə təşəkkürünü bildirib.

Demokratiya və insan hüquqları məsələlərinə toxunan dövlət katibi "Azərbaycanda atılan son müsbət addımları alqışlayıb və gələcək irəliləyişə doğru səsləyib”.

Tərəflər Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Kerri Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib, sərhəddə və cəbhə xətti boyunca zorakılığın artmasından narahatlığını ifadə edib.

Kerri beynəlxalq hüquq prinsipləri, BMT Xartiyası və Helsinki Yekun Aktı bazasında davamlı sülhə nail olmaq üçün hər iki tərəflə əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyib.

.

www.contact.az

.

Maybe you are interested in:

Con Kerri Arif Yunusun həbsdən azad edilməsini alqışlayır və digər siyasi mməhbusların azad edilməısini gözləyir

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

“Azadlıq” radiosu Con Kerri ilə İlham Əliyevin telefon danışığından sonra bağlanıb

Con Kerri keçmiş SSRİ-nin vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz