Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

 

Vaşinqton/27.12.14/DW:  ABŞ Dövlət Departamenti "Azadlıq” radiosunun Bakı bürosunun ofisinin Azərbaycan Baş Prokurorluğu tərəfindən möhürlənməsindən çox narahatdır. Bu barədə dekabrın 27-də Vaşinqtonda açıqlanan bəyanatda deyilir. Məlumatı  AFP agentliyi yayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Azərbaycan paytaxtında bir neçə jurnalistin saxlanması və dindirilməsi barədə məlumatlar var. "Dindirmə və axtarışın aparılması üçün əsaslar bəlli deyil”, - o bildirib və Azərbaycan hökumətini mətbuat azadlığının müdafiəsi ilə bağlı öhdəliklərə əməl etməyə çağırıb.

"Azadlıq” radiosunun saytında bildirilir ki, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç radionun ofisinə polis reydini "qəbuledilməz” adlandırıb. O qeyd edib ki, Azərbaycanda söz azadlığına hücumlar davam edir.

.

contact.az

.

Maybe you are interested in:

Dunya Miyatoviç Azərbaycan hökuməti ilə dialoqa tərəfdardır

“Azadlıq” radiosu Con Kerri ilə İlham Əliyevin telefon danışığından sonra bağlanıb

Avropa insan hüquqları komissarı “Azadlıq” radiosunun ofisinə polis reydini pisləyib

Vaşinqtonda “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması qəti şəkildə pislənilir

“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz