Vaşinqtonda “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması qəti şəkildə pislənilir
"Azadlıq” radiosunun Azərbaycan xidmətinin bağlanması bu radionun fəaliyyətini maliyyələşdirən ABŞ Konqresinin mənfi reaksiyaslna səbəb olub.
Milad bayramına baxmayaraq, konqresmenlər və senatorlar Azərbaycan hakimiyyətinin hərəkətindən hiddətləndiklərini gizlətmirlər.
"Azərbaycanda KİV azadlığının boğulması üzrə son addımlar qəbuledilməzdir”, - İllinoys ştatından Mark Kirk Turan-a bildirib.
"Mən Liberty radiosunun Bakı bürosunun bağlanmasını qəti şəkldə pisləyirəm”, - o vurğulayıb.
Öz növbəsində Konqresin Helsinki Komissiyası özünün Facebook səhifəsində Azərbaycan hakimiyyəinin hərəkətini tənqid edib.
ABŞ Dövlət Departamenti hələlik rəsmi bəyanat verməyib. Lakin amerikalı keçmiş yüksək vəzifəli diplomat Turan-nın müxbiri ilə söhbətində Azərbaycan hakimiyyətinin söz azadlığını boğmaq, müstəqil KİV-in fəaliyyətini məhdudlaşdırmaq cəhdlərilə bağlı Vaşinqtonun narahatlığının artdığını bildirib.
ABŞ Yayım Şurası (BBG) da "Azadlıq” qəzetinə polis reydini qəti şəkildə pisləyib, baş verənləri "Azərbaycan hakimiyyəti tərəfindən müstəqil mətbuata və jurnalistlərə qarşı zorakılığın və təqiblərin eskalasiyası” adlandırıb.
.
Maybe you are interested in: