Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyəti ölkədəki bütün müstəqil səsləri susdurmaq istəyir

 

"Azadlıq” radiosunun Azərbaycan xidməti KİV-də plüralizmin məhv edilməsi məqsədilə hökumətin kampaniyasının son qurbanına çevrildi. Bu barədə dekabrın 26-da "Azadlıq” radiosunun Bakı bürosunun bağlanması ilə bağlı "Sərhədsiz reportyorlar” təşkilatının bəyanatında deyilir.

Axtarış zamanı seyf sındırlılıb, sənədlər, notbuklar, radiostansiyasnın əsas serveri, yaddaş kameraları və digər avadanlıqlar müsadirə edilib.

"Azərbaycanda repressiyaların miqyasını sözlə təsvir etmək çətindir. İlham Əliyev hökuməti medotik olaraq müstəqil KİV-i bir-bir məhv edir.

Beynəlxalq qurumlar və Azərbaycanın xarici tərəfdaşları bu qanunsuzluğa qətiyyətlə cavab verməlidirlər”, - təşkilatın nümayəndəsi Yohan Bir bildirib.

"Azadlıq” radiosunun direktoru Kənan Əliyev əmindir ki, hakimiyyətin bir məqsədi var – radionun fəaliyyətini əngəlləmək və onun əməkdaşlarını qorxutmaq.

Öz növbəsində Liberty radiosunun direktoru Nenad Pejiç bildirib ki, radioya hücum sifarişi yuxarıların özündən gəlir və məqsəd radiostansiyanı susdurmaqdır.

Həmin gün Bakı məhkəməsi "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsini ev dustaqlığı ilə əvəzləməkdən imtina edib.

"Sərhədsiz reportyorlar” xatırladır ki, Azərbaycanda QHT və mətbuata qarşı repressiya dalğası birinci ay deyildir ki, davam edir. Hakimiyyət öz fikri olanların və Azərbaycan hökumətinə işləməkdən imtina edənlərin hamısını məhv etməyi qarşısına məqsəd qoyub.

Ən azı 15 jurnalistin və blogerin həbsdə olması Azərbaycanı Avropada jurnalistlər üçün ən böyük həbsxanaya çevirir.

.

contact.az

.

Maybe you are interested in:

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Dövlət Departamenti Bakıda “Azadlıq” radiosuna qarşı hərəkətlərdən narahatdır

Prokurorluq “Azadlıq radiosu”nun ofisindən avadanlığı və sənədləri müsadirə edir (YENİLƏNİB-FOTO - Video 2)

“Azadlıq” radiosunun Bakı ofisinin qapadılmasına dair ABŞ səfrilyinin açıqlaması

“Sərhədsiz reportyorlar”: Azərbaycanda jurnalistlərin polis tərəfindən oğurlanması adi hala çevrilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz