“Sərhədsiz reportyorlar”: Azərbaycanda jurnalistlərin polis tərəfindən oğurlanması adi hala çevrilib
"Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı noyabrın 28-də "Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun oğurlanmasını və dindirilməsini pisləyib.
"Kərimovun ictimai asayişi təmin etməli olan şəxslər tərəfindən oğurlanması bizi dərindən sarsıdır”, - təşkilatın Avropa və Avrasiya üzrə şöbəsinin rəhbəri Yohan Bir bildirib.
"Bu cür təqib faktları daha çox narahatlıq doğurur, belə ki, polis üçün adi prosedura çevrilib. Polis hökuməti tənqid edənlərə qarşı qeyi-leqal metodlardan istifadə edir. Odur ki, biz Azərbaycanda qalan az sayda müstəqil jurnalistlərin taleyindən çox narahatıq”, - o vurğulayıb.
Sonradan məlum olub ki, T.Kərimov Nərimanov rayon 18-ci polis bölməsinin rəisinin yanına söhbətə aparılıb.
Söhbət zamanı jurnalistə hakimiyyəti söyməmək barədə xəbərdarlıq edilib və bildirilib ki, o, nəzarət altındadır, ağıllanmasa başına hər iş gələ bilər.
Son aylar Azərbaycan hakimiyyəti ölkədəki müstəqil mətbuata və tənqidi səslərə qarşı görünməmiş təzyiqlərə başlayıb. Nəticədə 13 jurnalist və bloger həbsxanaya düşüb. Bundan əlavə, tanınmış hüquq müdafiəçiləri, gənc fəallar həbs olunublar.
Mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 160-cı yeri tutan Azərbaycan ölkəni Avropada jurnalistlər üçün böyük həbsxanaya çevirib, - təşkilatın bəyanatında deyilir.
.
Maybe you are interested in:
Dunya Miyatoviç Nardaranda jurnalistlərə hücumu pisləyib