Sərhədsiz Reportyorlar: “Avropa Oyunlarından sonra mətbuata hədə və təzyiqlər”
Sərhədsiz Reportyorlar Avropa Oyunları ərəfəsində Azərbaycanda jurnalistlərə təzyiq faktlarını pisləyib.
Əsasən bu, Meydan TV veb-saytının bir qrup jurnalistinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.
Belə ki, telejurnalistlər Natiq Cavadlı, Elnur Muxtarov, Aytən Ələkbərova və Şirin Abbasov iyunun 30-da heç bir izahat verilmədən Gürcüstana buraxılmayıblar.
Bu, sözügedən online resursun rəhbəri, Berlində yaşayan və çalışan Emin Millinin Azərbaycan hökumətinin nazirinin hədələrinə məruz qalması barədə məlumatından dörd gün sonra baş verib.
Bununla əlaqədar təşkilatın nümayəndəsi Yohann Bir bildirib ki, artan təzyiqlər Meydan TV nümayəndələrinə qarşı yeni repressiya dalğasına çevrilə bilər.
Bu veb-sayta qarşı təzyiqlərə Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasına dair reportajlar səbəb olub.
18 aylıq həbs cəzasından sonra 2012-ci ildə Amaniyaya gedən E.Milli Avropa Oyunları ərəfəsində korrupsiya faktları, Azərbaycanın bu oyunlardan öz beynəlxalq imicini yaxşılaşdırmaq, diqqəti insan haqlarının pozulmasından yayındırmaq üçün istifadə etməsi haqda beynəlxalq KİV-lərə müsahibə verib.
"Sərhədsiz reportyorlar Millinin ünvanına hədələri çox ciddi hesab edir. Belə ki, bu, ən yüksək səviyyədə baş verir. Qurum Almaniya hakimiyyətini Millinin müdafiəsinə zəmanət vermək üçün lazım olan hər şeyi etməyə çağırır”, - bəyanatda deyilir.
Təşkilat "Azadlıq” radiosunun müxbiri Yavəz Əkrəmoğluya qarşı hədə faktlarını da qeyd edib. O, Naxçıvanda vəziyyətlə bağlı reportajlarına görə təzyiqlərə məruz qalıb.
.
Maybe you are interested in:
Gənclər və idman naziri Emin Millini hədələyib?
“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar