Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MeydanTV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub

 

Online Meydan TV-nin dörd əməkdaşının Azərbaycandan çıxışına qadağa qoyulub. Bu barədə Meydan TV-nin Berlində olan rəhbəri Emin Milli bildirib.

"Avropa Oyunları bitər-bitməz Meydan TV-yə qarşı repressiya başlayıb”. – E.Milli özünün Facebook səhifəsində yazıb.

"Bu gün Meydan TV-nin bir neçə jurnalisti Tbilisiyə getmək məqsədilə sərhədi keçmək istəyiblər, amma onlara icazə verilməyib. Bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var. Əvvəlki olaylardan çıxış edərək düşünürük ki, hazırda Meydan TV-yə qarşı cinayət işi açılıb və istintaq gedir. Hökumət Meydan TV-yə qarşı repressiyaya Avropa Oyunlarının rəsmi bağlanış mərasimindən cəmi bir gün sonra başlayıb. Bir neçə gün öncə Əliyev hakimiyyəti şəxsən məni hədələyib, indi də jurnalistlərin ölkədən çıxmasına qadağa qoyulub”, - E.Milli yazıb.

O, Turan-a bildirib ki, Natiq Cavadlı, Elnur Muxtarov, Aytən Ələkbərova və Şirin Abbasovanı Azərbaycandan Gürcüstana buraxmayıblar.

.

contact.az

.

Maybe you are interested in:

Sərhədsiz Reportyorlar: “Avropa Oyunlarından sonra mətbuata hədə və təzyiqlər”

Gənclər və idman naziri Emin Millini hədələyib?

Employees of Meydan TV Banned from Leaving Azerbaijan

“Meydan TV”nin Bakı bürosu fəaliyyətini dayandırdı

Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz