Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Meydan TV”nin Bakı bürosu fəaliyyətini dayandırdı

 

"Meydan TV”nin Bakı bürosu öz fəaliyyətini dayandırıb. Bu haqda Turan-a büronun əməkdaşları bildiriblər.

Onların sözlərinə görə, büronun fəaliyyətini dayandırması telekanalın rəhbəri Emin Millinin qərarı olub. Buna səbəb kimi isə büroda fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini təmin etmək olub.

Jurnalist mətbuata açıqlamasında naməlum şəxslər tərəfindən izlənməyə məruz qaldığını nəzərə çatdırıb. Büronun bundan sonra fəaliyət göstərib-göstərməyəcəyi sual altındadır.

Əməkdaşlar büronun bir ilə yaxındır ki, fəaliyyət göstərdiyini bildiriblər.

Qeyd edək ki, bu kanal Avropa Demokratiyaya Dəstək Fondunun (Avropa İttifaqının qurumu) maliyyə dəstəyi ilə yaradılıb.

Kanalın əsas ofisi Berlində yerləşir. Onun yaradıcısı Emin Milli (Abdullayev) Azərbaycandan mühacirət etmiş keçmiş siyasi məhbusdur.

Hakimiyyət dəfələrlə bu kanalı Azərbaycan haqqında "yalan və böhtan” yaymaqda ittiham edib. 

.

contact.az

.

Maybe you are interested in:

Emin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib

Sərhədsiz Reportyorlar: “Avropa Oyunlarından sonra mətbuata hədə və təzyiqlər”

MeydanTV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub

Gənclər və idman naziri Emin Millini hədələyib?

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz